Rusiya aviaşirkəti Bakıya uçuşların sayını artırır
Rusiya aviaşirkəti Bakıya uçuşların sayını artırır
Rusiyanın "Utair" aviaşirkəti bu aydan etibarən Samara və Sankt-Peterburqdan Bakıya uçuşların sayını artırır.
"Biz görürük ki, Azərbaycana təkcə Moskvadan deyil, regionlardan da turist axını durmadan artır. Biz sərnişinlərin səyahətini daha da rahat etmək üçün yeni və əlavə reyslər təqdim edirik. İndi şirkət Qroznı, Moskva, Samara, Sankt-Peterburq, Surqut, Tümen və Ufadan Bakıya birbaşa uçuşlar həyata keçirir. "Utair"in cədvəlinə Gəncə və Naxçıvana uçuşlar da daxildir", - deyə "Utair"in prezidenti Oleq Semyonov bildirib.
Aviaşirkət Rusiyanın regionları üzrə sərnişin və yük daşımalarının təmin edilməsində əsas rol oynayır. "Utair"in marşrut şəbəkəsinə 100-dən çox istiqamət daxildir. Şirkət bölgələrdən və paytaxtdan Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkiyə şəhərlərinə uçuşlar həyata keçirir.
Mənbə: Utair.ru
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi