Rusiya sülhməramlılarının Laçın dəhlizindəki postları sökülür: Yeni yola köçürlər - VİDEO
Laçın dəhlizində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları köçməyə hazırlaşır.
azxeber.com APA-ya istinadən xəbər verir ki, artıq Qubadlı rayonu istiqamətindən Laçın dəhlizinin girişində və yol boyu qoyulmuş postların, nəzarət-buraxılış köşklərinin, rusiyalı hərbçilərin yaşadığı tikililərin sökülməsinə başlanılıb.
Ərazini boşaltmağa hazırlaşan Rusiya sülhməramlıları müvəqqəti olaraq yeni dəhlizə köçəcəklər.
Qeyd edək ki, Azərbaycan Laçın şəhərindən yan keçməklə Qarabağı Ermənistanla birləşdirən yolu qısa müddətdə istifadəyə verib.
Bu səbəbdən dəhlizin üzərinə düşən Laçın şəhəri, Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşmış ermənilərin ərazini tərk etməsi üçün avqustun sonuna kimi vaxt verilib.
Ermənilərin 30 il ərzində qeyri-qanuni yaşadıqları Laçın şəhərini, Zabux və Sus kəndlərini boşaltması prosesi yekunlaşmaq üzrədir.
Müddət bitəndən sonra sözügedən yaşayış məntəqələri Azərbaycanın tam nəzarətinə keçəcək.
Rusiya sülhməramlıları isə xidmətlərini müvəqqəti olaraq yeni yolda davam etdirəcəklər.

AZCON Holdinq-də – YENİ TƏYİNAT
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
1000 manatla hansı biznesi qurmaq olar?
Onlayn biznes ideyaları
Bitcoin nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Mcdonalds françayzinqi neçiyədir?