"Rusiya Türkiyədən çox asılıdır. İnflyasiya bizə də təsirsiz ötüşməyəcək"

Türk lirəsi rekord həddə düşüb. İlk dəfə olaraq dollar 25 lirədən bahalaşıb.
Rus ekspertlərin fikrincə, Rusiya iqtisadiyyatı Türkiyə ilə sıx bağlıdır. Lirənin ucuzlaşması idxala, qaz sənayesinə, Türkiyədə istirahət edən turistlərə də təsir edə bilər.
KONKRET.az iqtisadiyyat və turizm sahəsində rus ekspertlərin fikirlərini dərc edir.
Lirənin düşməsi ilə Ərdoğandan qisas alınır
Lirənin məzənnəsi xeyli aşağı düşüb və bununla da Türkiyədə qeyri-sabit iqtisadi vəziyyət yaranıb.
İqtisad elmləri namizədi, Lomonosov adına Moskva Dövlət Universitetinin siyasi elmlər fakültəsinin dosenti Yuri Yudenkov bildirib ki, "İndi Türkiyədə böyük inflyasiya var. Rəsmi Ankara indi böhranın astanasındadır".
Y.Yudenkovun sözlərinə görə, Türkiyə iqtisadiyyatı hazırda mayın sonunda keçirilən seçkilərin ikinci turunda qalib gələn prezident Rəcəb Tayyib Ərdoğanın siyasətini dəstəkləməyən Qərb ölkələrinin mənfi təsiri altındadır.
"Amerikalılar seçkilərdə qalib gəldiyinə görə Ərdoğandan qisas alırlar. Onlar oynamağa başlayacaq, iqtisadiyyatda əlavə çətinliklər yaradacaqlar: məsələn, reytinq agentliklərində investisiya statuslarını aşağı qiymətləndirəcəklər. Türkiyədə baş verən bütün çətinliklər Ərdoğanın seçkilərdəki qələbəsinin nəticəsidir.
İqtisadçı ekspert onu da vurğulayıb ki, bu cür çətinliklər çox vaxt iqtisadi proseslərin avtomatlaşdırılması nəticəsində yaranır.
"Rusiyada və Türkiyədə reytinqlər plintusdan aşağıdır. Oxşar vəziyyət Rusiya ilə də baş verdi: kredit reytinqimizi süni şəkildə aşağı saldıq", – deyən ekspertin fikrincə, bu səbəbdən ölkəmizdə logistika ilə bağlı çətinliklər başlaya bilər: "Bu, çox mürəkkəb zəncirdir. Türkiyə ilə çox sahələrdə bağlıyıq. İndi bu ölkə bizim nəqliyyat qərargahımızdır. Türkiyədən Rusiyaya çoxlu mallar idxal olunur".
Yudenkov qeyd edib ki, problem paralel olaraq idxala da aiddir.
"Və hamı buna nədənsə susur. Baxmayaraq ki, biz Avropa ilə çoxdan razılaşdıq. İndi Rusiyaya hər şeyi satırlar, amma biz heç nə sata bilmərik. Ola bilsin ki, indi vəziyyət daha da mürəkkəbləşəcək", – iqtisadçı vurğulayıb.
Rusiyaya paralel idxal 2022-ci ilin iyununda iri xarici şirkətlər daxili bazarı tərk etdikdən sonra qanuniləşdirilib. Bu sxem böyük holdinqlərin, istehsal müəssisələrinin icazəsi olmadan malların ölkəyə gətirilməsinə imkan verir.
"Biz Türkiyə ilə logistik baxımdan sıx bağlıyıq"
Ekspert Rusiya qazının ixracında Türkiyənin əhəmiyyətini də qeyd edib: "Türkiyə Avropada qazın baş meneceridir, oraya qaz kəmərləri çəkildi, bu da bizim üçün çox vacibdir. Bizim vəsaitimiz hesabına hələ çox işlər görülür: mütəxəssislərimiz, texnikamız var. Biz bu layihədə maraqlıyıq".
"Türk axını" Rusiyadan – Qara dənizdən Türkiyəyə istiqamət götürən əsas ixrac qaz kəmərlərindən biridir. Onun iki qaz kəməri xətti var: biri türk istehlakçılarını qazla təmin etmək üçün, ikincisi isə Cənubi və Cənub-Şərqi Avropa ölkələrini qazla təmin etmək üçün lazımdır. "Türk axını" ilə qaz tədarükü 2020-ci ilin yanvarında başlayıb.
İqtisadçı hesab edir ki, "Rusiya biznesinin vəziyyəti Türkiyədəki iqtisadi vəziyyətdən çox da asılı deyil. Bu əsasən özünü sənayə sahəsində göstərir. Amma buna baxmayaraq, bizim sabit Türkiyəyə ehtiyacımız var. Müttəfiqimizin həm siyasi, həm də iqtisadi cəhətdən sabit olması vacibdir".
Rus turistlərin taleyi necə olacaq?
Türkiyədə artıq otel qiymətləri qalxıb. Yudenkov bildirib ki, ölkə sakinləri turistlərdən əlavə pul qazanmağa cəhd edə bilərlər, lakin panikaya səbəb yoxdur: "Baş verənlər belədir: bazar qeyri-sabitdir, amma rus turistlərindən pul qazana bilirlər. Qiymətlərin dinamikasına nəzər salsanız görərik ki, turizm biznesində qiymətlər ikiqat artıb. Ancaq bu, daha az insanın səyahətə başlamasına və tələbin azalmasına səbəb olur. Ona görə də turizm sənayesinin vəzifəsi ümumi tarazlığa nail olmaqdır".
İqtisadçı vurğulayıb ki, Türkiyə üçün həmişə turizm sahəsi maraqlı olub.
"Böhrandan çıxmaq üçün onlar heç olmasa xarici mənbələrdən qazanmağa çalışacaqlar, biz isə xarici mənbəyik", – deyə Yudenkov əlavə edib.
Qeyd edək ki, "Friends Travel" turizm agentliyinin meneceri Dmitri Denqolts bildirib ki, Türkiyəyə turların qiymətləri yüksək olduğundan turistlər alternativ ölkələri nəzərdən keçirirlər. Onun fikrincə, Kuba və ya Venesueladakı otel qiymətləri ilə müqayisədə Türkiyədə qiymətlər bahadır.
Sevinc Paşayeva,
KONKRET.az

Xəbərlər     Tarix: 25 iyun 2023

Oxşar xəbərlər

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə


iqtisadi xeberler internetden pul qazanmaq bitkoin almaq biznes krediti investisiya