Rusiya və ABŞ arasında nüvə müharibəsinin nəticələri proqnozlaşdırıldı - 5 milyard insan öləcək
Beynəlxalq iqlim alimləri qrupu nüvə müharibəsinin mümkün nəticələri ilə bağlı araşdırma dərc edib.
KONKRET.az "Kommersant"a istinadən xəbər verir ki, tədqiqat Ratqers Universiteti (ABŞ), Bergen Universiteti (Norveç), Potsdam İqlim Dəyişikliklərinin Tədqiqi İnstitutu (Almaniya) və Luiziana Dövlət Universitetinin (ABŞ) alimləri tərəfindən aparılıb.
Araşdırma "Nature Food" jurnalında dərc olunub.
Belə ki, tədqiqatçılar Hindistan-Pakistan və Rusiya-ABŞ nüvə münaqişəsinin mümkün nəticələrini proqnozlaşdırıblar.
Hindistan və Pakistan arasında müharibə ən azı beş il ərzində bütün ərzaq məhsulların kəskin azalmasına səbəb olacaq. Ərzaq istehsalının orta hesabla 7% azalması səbəbindən yüz milyonlarla insan aclıqdan öləcək. Belə bir müharibə 2 milyard insanın ölümü ilə nəticələnəcək.
Alimlərin hesablamalarına görə, Rusiya ilə ABŞ arasında münaqişə kənd təsərrüfatı məhsuldarlığının 90% azalmasına və 5 milyarddan çox insanın ölümünə səbəb olacaq. Avstraliyadan başqa bütün qitələr kənd təsərrüfatında mənfi nəticələri hiss edəcəklər.
İqbal Rzayev,
KONKRET.az
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml