Rusiyanın avtomobil idxalında Çinin payı 90 faizi ötdü

Rusiyanın avtomobil idxalında Çinin payı 90 faizi ötdüRusiya Federal Gömrük Xidmətinin sədr müavini Ruslan Davıdov bu ilin ilk 8 ayında Rusiyanın avtomobil idxalında Çinin 92 faiz paya sahib olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, Davıdov Rusiya ilə Çin arasında ticarət həcminin getdikcə artdığını bildirib.
"Rusiyanın Avropa Birliyi (AB) ilə ticarəti isə azalmaqda davam edir", – deyən Davıdov vurğulayıb ki, "Bu, əlbəttə ki, proqnozlaşdırıla bilən bir vəziyyətdir, çünki AB bu bazarı öz üzünə bağladı".
Qeyd edək ki, rəsmi rəqəmlərə görə, ölkədə yeni avtomobil satışları avqust ayında keçən ilin eyni dövrü ilə müqayisədə 109 min 700-ə çatıb.
Yeni avtomobillərin satışında ən böyük paya malik şirkət "Avtovaz" şirkəti olduğu halda, ikinci yeri Çinin "Chery" şirkəti tutub.
Bir çox Qərb avtomobil şirkəti Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyadakı fəaliyyətlərini dayandırıb.
Natiq Səlim,
KONKRET.az

Xəbərlər     Tarix: 19 sentyabr 2023

Oxşar xəbərlər

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Yeni layihə - Sərnişinlər hansı istiqamətə hansı müddətdə çatacaqlarını təyin edəcəklər

Bakı metrosunun yeni mobil əlavəsinin yaradılması üzərində iş aparılır. xəbər verir ki, bu barədə məlumat verən "Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərin

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Almaniya Azərbaycandan neft alışını artırıb

Azərbaycan Almaniyaya 956 min 716,48 ton xam neft ixrac edib. xəbər verir ki, bu mövcud ilin yanvar-oktyabr aylarına dair göstəricilərdir. İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin 10 ayı ilə müqayisədə 9,3 % çox, dəyər

ABŞ-da oktyabr ayı üzrə məşğulluq göstəriciləri açıqlanmayacaq

ABŞ-da oktyabr ayı üzrə qeyri-kənd təsərrüfatı məşğulluq göstəriciləri açıqlanmayacaq. xəbər verir ki, ABŞ Əmək Nazirliyi gözlənilən oktyabr ayı üzrə qeyri-kənd təsərrüfatı məşğulluq məlumatlarının yayımlanmayacağını bildirib

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina


iqtisadi xeberler bitcoin bitkoin avtomobil xeberleri kicik biznes