Rusiyanın Hindistana neft tədarükü yeni rekorda çatıb
İyun ayında Hindistana Rusiya neftinin tədarükü yeni rekorda çatıb: keçən ay "Bloomberg"-in aparıcı neft analitiki Viktor Katona istinadən verdiyi məlumata görə, bu, sutkada 2.2 milyon barel olub, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.
May ayında Hindistan aprel ayının ən yüksək göstəricisindən 15% artaraq gündəlik 1.96 milyon barrel Rusiya nefti idxal edib. Məlumata görə, yazın son ayında Rusiya nefti Hindistanın ümumi neft idxalının 46%-ni təşkil edib.
Rusiyadan tədarük ardıcıl onuncu aydır ki, artır və Səudiyyə Ərəbistanı ilə İraqı üstələyir. İyun ayında analitiklərin hesablamalarına görə, Ər-Riyad Yeni Dehliyə 745 min barel neft tədarük edib.
Rusiyanın Baş nazirin müavini Aleksandr Novak aprelin sonunda bildirib ki, Qərbin sanksiyaları fonunda Rusiya Avropaya tədarük etdiyi neftin təxminən 20%-ni Asiya bazarlarına yönləndirib. Onun sözlərinə görə, ötən il Hindistana ixrac 19 dəfə artıb.
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind