Ruslar ən çox bu ölkələrdə daşınmaz əmlak ALIR
2023-cü ilin birinci yarısında rusların xaricdə daşınmaz əmlaka tələbi ən aktiv şəkildə Tailand, İndoneziya və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) artıb.
KONKRET.azyerli KİV-ə istinadən xəbər verir ki, 2023-cü ilin birinci yarısında Tailandda daşınmaz əmlak almaq üçün müraciət edən rusların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 72,4%, İndoneziyada 47,1%, BƏƏ-də 32,0% artıb.
Həmçinin ilk beş ölkəyə Gürcüstan (15,0%) və Yunanıstan da (7,8%) daxildir.
Qeyd olunub ki, Tailandda daşınmaz əmlaka tələbin artmasına təkcə siyasi vəziyyət fonunda dəyişikliklər deyil, həm də ümumi bazar tendensiyası kömək edir. İndoneziyada isə rusların tələbatı əsasən Bali adasının kurort yerlərində cəmlənir, burada alıcıların əksəriyyəti (63%) istirahət və kirayə üçün obyektləri seçir.
Bildirilib ki, körfəz regionunda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) daşınmaz əmlaka xarici investisiyaların cəlb edilməsində lider olaraq qalır.
İqbal Rzayev,
KONKRET.az
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki