Ruslar yeni "Volqa" modeli BURAXACAQ
Rusiyanın Qorki Avtomobil Zavodu (QAZ Qrup) 2024-cü ilin yayına qədər əfsanəvi "Volqa" avtomobilinin istehsalını canlandıra bilər.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya Baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturov deyib.
Nazirin sözlərinə görə, onlar texnoloji tərəfdaş cəlb etməklə yeni model buraxmağı planlaşdırırlar.
"Həmkarlar deyirlər ki, yeni modelin hazırlanması təxminən səkkiz-doqquz ay çəkir. Yaxın gələcəkdə onlar texnoloji tərəfdaş haqqında qərar qəbul etməyi planlaşdırırlar", – deyə Manturov bildirib.
Onun sözlərinə görə, Rusiya şirkəti nəzarət texnologiyası üzrə tərəfdaş olacaq.
Xatırladaq ki, aprelin əvvəlində avstriyalı iş adamı, "QAZ Qrup"un direktorlar şurasının keçmiş sədri Volf Prezident Vladimir Putinə "Volqa" markalı avtomobilin istehsal planını təklif edib.
İqbal Rzayev,
KONKRET.az

Yelo Bank Açıq Bankçılıq imkanları ilə bütün hesablarınızı eyni tətbiqdə birləşdirir
Azərbaycanda "Banklar haqqında" qanunun əhatə dairəsi genişləndirilir
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb
İyunun 16-dan "Bonus-Malus" sistemi ləğv edilir
TuranBank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə 15 milyon ABŞ dolları həcmində niyyət bəyannaməsi imzalayıb
Dünyanın ən gözlənilməz iqtisadi uğur hekayəsi — Şimali Koreya
Türkiyədən Azərbaycandakı əhaliyə pul köçürmələr 26% artıb
Yelo Bank gənc xanımların mentorluq proqramının məzun gününə ev sahibliyi edib
Expressbankın İnternet Bankçılıq platformasında – YENİLİKLƏR
Gürcüstandan Azərbaycandakı əhaliyə pul transferləri 53% artıb
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Marketinq nə demədir?
Evdə biznes qurmağın yolları
Necə Bitcoin almaq olar?