ŞAD XƏBƏR - Ərzaq qiymətləri bu tarixdən ucuzlaşa bilər
Beynəlxalq reytinq agentliyi olan "Fitch Ratings" Azərbaycanda inflyasiya səviyyəsinin 2023-2024-cü illərdə azalacağını proqnozlaşdırıb.
KONKRET.azTrend-ə istinadən xəbər verir ki, illik inflyasiyanın azalması manatın Azərbaycanın Türkiyə və Rusiya kimi əsas ticarət tərəfdaşlarına nisbətdə nominal effektiv bahalaşması və dünyada ərzaq qiymətlərinin ucuzlaşması ilə əlaqəlidir.
Buna baxmayaraq, ərzaq və qeyri-ticari məhsullar (əsasən xidmətlər) üzrə təzyiqlər güclü olaraq qalmaqdadır.
"İllik inflyasiyanın 2023-cü ilin sonuna qədər Azərbaycan Mərkəzi Bankının (AMB) hədəf diapazonu tavanına (4±2%) yaxınlaşacağını proqnozlaşdırırıq. Beləliklə, orta inflyasiya 2023-cü ildə 10,1%-ə, 2024-cü ildə isə 6%-ə qədər azalacaq", – agentliyin məlumatında deyilir.
Qeyd edək ki, "Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (EDR) müsbət proqnozla "BB+" səviyyəsində təsdiqləyib.
"Fitch Ratings Inc." dünyanın ən nüfuzlu reytinq agentliklərindən biridir. Agentliyin məqsədi müştəriləri üçün qərar qəbulunun effektivliyini artırmaq və biznes riskləri azaltmaq məqsədilə biznes analitikasının təqdim olunmasından ibarətdir.

Mərkəzi Bank BOKT-a lisenziya verib
Azərbaycanda kartdan-karta pul köçürmələrinə limit qoyuldu
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Yelo İnternet Bankçılıqda növbəti yenilik: Girovsuz tender qarantiyası
AMB elektron pul təşkilatına icrası məcburi göstəriş verib
Ödəniş kartları ilə 1 milyon manatdan çox fırıldaqçılıq halı baş verib
Rabitəbank POS-terminal şəbəkəsində UnionPay kartlarının qəbuluna başladı
Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
"Gündə 5 dəfə, ayda 20 min manat" - Kartlara pul köçürülməsinə yeni limit barədə AÇIQLAMA
Biznesə aid ən yaxşı 10 kitab
Necə Bitcoin almaq olar?
IMEI kod nədir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Dünyanın əh bahalı brendləri - TOP-10