Sahibkarlığın İnkişafı Fondu 10 ayda qadınlara 6 milyon manat - KREDİT VERİB

Sahibkarlığın İnkişafı Fondu 10 ayda qadınlara 6 milyon manat - KREDİT VERİBBu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Azərbaycanda 173 qadın sahibkara təxminən 6 milyon manat kredit verib.
FED.az xəbər verir ki, bunu Fondun Partnyorlarla iş şöbəsinin müdiri İsmayıl Hüseynov Bakıda "Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq" mövzusunda keçirilən forumda bildirib.
"On ay ərzində isə Fond bütün sahibkarlara 105,6 milyon manat kredit verib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Bu ilin sonuna qədər 140 milyon manat güzəştli kredit verilməsi planlaşdırılır", - o deyib.
Xatırladaq ki, Sahibkarlığın İnkişafı Fondu ölkə Prezidentinin "Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında" 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 007,307 milyon manatdır. (Report)

Biznes     Tarix: 23 noyabr 2022

Oxşar xəbərlər

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək

Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub. xəbər veri

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə "YAŞAT" Fondu ilə xeyriyyə turniri təşkil edib

NEQSOL Holding "YAŞAT" Fondu ilə əməkdaşlıq çərçivəsində "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə "YAŞAT Kuboku" adlı xeyriyyə turniri təşkil edib. xəbər verir ki, turnirdə Holdinqin tərkibindək

"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir. xəbər verir ki, hər il ənənəvi olara

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Bakıda fəaliyyət göstərən məşhur "Vapiano" restoranının hər iki filialı müvəqqəti olaraq bağlanıb. Restoran sahiblərinə ƏDV güzəştləri - QAYDALAR. xəbər verir ki, bu barədə restoranın rəsmi "Instagram"

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs


iqtisadi xeberler valyuta kurslari iqtisadiyyat xeberleri kicik biznes biznes krediti