"Samsung" İsrail bazarını tərk edir
Cənubi Koreyanın "Samsung" kompaniyası İsraildə 70 startap layihəsini dayandırmaq və bazardan çəkilmək qərarına gəlib.
Cənubi Koreya kompaniyasının qlobal sərmayələrini bir araya gətirən "Samsung Next" bu qərarı İsrailin Qəzza sektoruna hücumları və yəhudi dövlətindəki mənfəətinin azalması ilə izah edib.
BDS-nin (Boycott, Divestment and Sanctions) internet saytında dərc olunan hesabata görə, "Samsung" kompaniyasının gəlirləri ötən illə müqayisədə 56 faiz azalıb.
İsrail bazarından çəkilən təkcə "Samsung" deyil. Eyni səbəbdən bir sıra iri şirkətlər yəhudi dövlətində fəaliyyəti məhdudlaşdırır və ya bazarı tamamilə tərk edir. / banker.az
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd