"Samsung" smartfon bazarında "Apple"ı keçərək lider olub
Cənubi Koreyanın "Samsung" korporasiyası 2024-cü ilin birinci rübündə qlobal smartfon bazarında lider olub. Bu barədə "Counterpoint Research"in hesabatında deyilir.
Şirkətin analitikləri "Samsung"u ən böyük smartfon istehsalçısı adlandırıblar – şirkət 20 faiz pay alıb. Koreya İT nəhəngi rübü 17 faizlik payla başa vuran "Apple"ı geridə qoyub. "Xiaomi" 14 faiz payla üçüncü yerdə qərarlaşıb. Sonrakı pillələrdə 8 və 7 faizlə "Oppo" və "Vivo" yer alıb.
Mütəxəssislər həmçinin bildiriblər ki, smartfon bazarında canlanma müşahidə olunub – il ərzində tədarüklər 6 faiz artaraq 296.9 milyon ədədə çatıb. / banker.az
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd