"Samsung" smartfonların adında "Z" hərfini siləcək
Cənubi Koreyanın "Samsung" şirkəti Fold və Flip smartfon modellərinin adlarında "Z" hərfindən imtina etməyə hazırlaşır. Bu barədə "Android Authority" portalı məlumat yayıb. Şayiələrə görə, korporasiya nümayəndələri qərarlarını avqustun 10-da "Galaxy Unpacked" təqdimatı zamanı elan edəcəklər.
Banker.az bu barədə "Secretmag"a istinadən xəbər verir.
Müxbirlər qeyd ediblər ki, hələ 2022-ci ilin martında Şərqi Avropada "Samsung" Fold və Flip smartfonlarında "Z" hərfini silib. Şirkət bu dəyişikliyi rəsmi şəkildə şərh etməyib.
"Z" hərfi Ukraynada hərbi əməliyyat keçirən Rusiya hərbçilərinə qeyri-rəsmi dəstək simvoluna çevrilib. Hərif Rusiya hərbi texnikasına şamil edilir. Zaman keçdikcə bu simvol bütün dünyada rus ordusu ilə əlaqələndirilməyə başlayıb.
Mart ayında İsveçrənin "Zurich Insurance" şirkəti ağ fonda mavi "Z" işarəsi olan loqosunu dəyişib. Bunun əvəzinə şirkət sosial şəbəkələrdə tam adından istifadə etmək qərarına gəlib.
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin