"Samsung" yeni Galaxy S23 smartfonlarını təqdim edib – Qiymətlər
"Samsung" şirkəti yeni Galaxy S23, Galaxy S23 Plus və Galaxy S23 Ultra smartfonlar xəttini təqdim edib. Eyni zamanda, şirkət üç modeldən ibarət Galaxy Book noutbuklarının yenilənmiş versiyasını nümayiş etdirib.
Bütün cihazların 17 fevralda satışa çıxarılacağı gözlənilir.
Galaxy S23 və S23 Plus
Hər iki model Snapdragon 8 Gen 2 (ABŞ bazarında), OLED-displey, 50 Mp əsas və 12+10 Mp ön kamera ilə təchiz olunub. S23 modelinin ekranı 6.1 düym, S23 Plus modelinin ekranı isə 6.6 düym təşkil edir.
Cihazlar dörd rəngdə təqdim olunub: bənövşəyi, yaşıl, krem və qara. Galaxy S23 smartfonunun qiyməti 799 dollardan, S23 Plus smartfonunun qiyməti isə 999 dollardan başlayır.
S23
Ekran — 6.1 düymlük Dynamic AMOLED 2X
Platforma — Snapdragon 8 Gen 2 Mobile Platform for Galaxy
Yaddaş — 8 GB operativ və 128, 256 yaxud 512 GB fleş-yaddaş
Akkumulyator — 3900 mАh
Kameralar — 50MP əsas kamera, 12MP ultragenişbucaqlı kamera, 3x optik zumlu 10MP telekamera və 12MP ön kamera
Ölçüləri — 146.3 х 70.9 х 7.6 mm, çəkisi 168 qram
S23 Plus
Ekran — 6.6 düymlük Dynamic AMOLED 2X
Platforma — Snapdragon 8 Gen 2 Mobile Platform for Galaxy
Yaddaş — 8 GB operativ və 256 yaxud 512 GB fleş-yaddaş
Akkumulyator — 4700 mАh
Kameralar — 50MP əsas kamera, 12MP ultragenişbucaqlı kamera, 3x optik zumlu 10MP kamera və 12MP ön kamera
Ölçüləri — 157.8 х 76.2 х 7.6 mm, çəkisi 196 qram
Galaxy S23 Ultra
Cihaz dizayn baxımından yenilənib və Snapdragon 8 Gen 2 (ABŞ bazarında) prosessoru, 8 və ya 16 GB operativ yaddaş, 200 Mp əsas və 12+10 Mp ön kamera alıb. Modelin ekranı 6.8 düym ölçüsündədir.
Ekran — 6.8 düymlük Dynamic AMOLED 2X
Platforma — Snapdragon 8 Gen 2 Mobile Platform for Galaxy
Yaddaş — 8 GB operativ və 256, 512 yaxud 1 TB fleş-yaddaş
Akkumulyator — 5000 mАh
Kameralar — 200MP əsas kamera, 12MP ultragenişbucaqlı kamera, 3x optik zumlu 10MP kamera, 10x optik zumlu 10MP periskopik kamera və 12MP ön kamera
Ölçüləri — 163.4 х 78.1 х 8.9 mm, çəkisi 234 qram

Galaxy S23 Ultra modeli də dörd rəngdə təqdim olunub: bənövşəyi, yaşıl, krem və qara. Qeyd olunur ki, smartfonla birgə komplektə S Pen qələmi də daxildir. Yeniliyin qiyməti 1200 dollardan başlayır. / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
İnstaqramda biznes qurmağın yolları
SMM nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
İlon Mask kimdir?
Cash Back nədir?