"Samsung"un mənfəəti 96% azalıb
Cənubi Koreyanın "Samsung" korporasiyası ikinci rüb üçün ilkin maliyyə məlumatlarını dərc edib. Şirkət əməliyyat mənfəətinin 96% azalaraq 600 milyard vona (460 milyon dollar) düşdüyünü bildirib. Bu, 2009-cu ildən bəri ən aşağı rüblük mənfəətdir. "Samsung"un rüblük gəliri 17.4% azalaraq 63.75 trilyon von (48.8 milyard dollar) təşkil edib, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
Mənfəətin belə kəskin azalması ilk növbədə yaddaş çiplərinə tələbatın azalması ilə bağlıdır. Pandemiya zamanı, fərdi kompüterlərə və digər avadanlıqlara tələbat artdıqda, istehsalçılar çip ehtiyatları yaratmağa başladılar. İndi isə bu ehtiyatlar daha böyük problemə çevrilib, çiplərə tələbatın və onların qiymətlərinin azalmasına səbəb olub. Hələ aprel ayında "Samsung" yaddaş çiplərinin istehsalını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırdığını açıqlamışdı.
Bununla belə, analitiklərin fikrincə, orta və uzunmüddətli perspektivdə vəziyyət daha çox "Samsung"un xeyrinədir. "Hyundai Motor Securities"in tədqiqat direktoru Greg Roh-un sözlərinə görə, yaddaş çiplərinin qiymətləri dördüncü rübdə bərpa olacaq və 2024-cü ilin ikinci yarısından etibarən ikirəqəmli artım gözlənilir.
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki