Sertifikasiya imtahanının ikinci mərhələsindən keçə bilməyən müəllimlər işdən çıxarılacaq
"Təhsilverənlərin sertifikatlaşdırılması imtahanlarının ikinci mərhələsində də uğur qazanmayan və üzrsüz səbəbdən iştirak etməyən müəllimlərin əmək müqaviləsinə xitam vermək məcburiyyətində qalacağıq. Bu, qanunvericiliyin tələbidir".
azxeber.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yeni tədris ili başlayanadək sertifikasiyanın müsahibə mərhələsinin keçirilməsi planlaşdırılır: "Artıq müsahibə komissiyaları da yaradılıb. Müsahibə bəzi müəllimlərlə onlayn, bəziləri ilə isə üzbəüz olacaq. Çalışacağıq ki, müəllimlər bu ay əlavələrini ala bilsin".
Nazir həmçinin bəzi müəllimlərin test imtahanı mərhələsində sözləri səhv yazmaları məsələsinə də aydınlıq gətirib: "Bu, hələ ilkin nəticələrdir, problemin niyə baş verməsi araşdırılmalıdır. Yəqin ki, müxtəlif səbəblər olacaq. Əminəm ki, əsas səbəb imtahanlar ilk dəfə keçirildiyindən yaranan həyəcan olub. Gördüyümüz odur ki, imtahan mərhələsində minimal balı toplayan müəllimlərin yarısından çoxu 25-28 bal toplayıb. Hansısa 2-3 bal həmin müəllimlərin uğur əldə etməsinə mane olub. Əminəm ki, bu aradan qaldırılacaq biləcək məsələdir. Bilirik ki, zəif nəticə göstərən müəllimlər üçün növbəti il də sertifikasiya imtahanı keçiriləcək. İnanırıq ki, təkmilləşdirmə kursları həmin şəxslərə kömək olacaq, həm həyəcanlarını dəf edə biləcək, həm də lazım olan 3-5 balı toplayacaqlar".

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
BOKT İsmayıllıda filialını açır
Dünyanın əh bahalı brendləri - TOP-10
İlon Mask kimdir?
ZARA-nın uğur hekayəsi
Dünyanın ən bahalı restoranları
Bitcoin nədir?