Səs yazısı yayılan DYP rəisi işdən çıxarıldı - VİDEO
Rüşvət almaqla bağlı səs yazısı yayılan Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi işdən çıxarılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis baş leytenantı Vasif Bəşirlinin pul tələb etdiyini əks etdirən səs yazısı ilə bağlı iddia barədə araşdırma aparılıb.
Aparılan araşdırmaların nəticəsindən sonra V.Bəşirli Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində baş inspektor vəzifəsinə təyin edilib.
Hazırda Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyinat yoxdur.
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə V.Bəşirlinin kimləsə əlbir olub, müxtəlif şəxslərdən rüşvət alaraq onları rayon ərazisində işə düzəldəcəyi barədə səs yazısı yayılıb.
Sözügedən səs yazısında onun əlbir olduğu adamdan 400-500 manat pul tələb etdiyi qeyd edilib.
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi