Səudiyyə Ərəbistanı iyulda neft hasilatını daha 1 milyon barel azaldacaq
Səudiyyə Ərəbistanı iyul ayı ərzində könüllü olaraq gündəlik neft hasilatını daha 1 milyon barel azaldacaq.
Hasilatın azaldılmasının ümumi həcmi sutkada 1,5 milyon barel, hasilat səviyyəsinin özü isə təxminən 9 milyon barel olacaq.
May ayında bir neçə OPEC+ ölkəsi könüllü olaraq neft hasilatını ümumilikdə 1,66 milyon barel azaltmağa başlayıb. Səudiyyə Ərəbistanı isə hasilatı sutkada 500 min barel azaldıb. Əvvəlcə bu qərar 2023-cü ilin sonuna qədər qüvvədə olmalı idisə, iyunun 4-də Vyanada baş tutan sonuncu OPEC+ toplantısında bütün ölkələr onu 2024-cü ilin sonuna qədər uzadıb.
Əlavə azalma neft bazarında sabitliyin və tarazlığın qorunmasına yönəlmiş xəbərdarlıq tədbiridir.
Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman OPEC+ toplantısından sonra keçirilən mətbuat konfransında qeyd edib ki, ölkəsi neft bazarının sabitliyi üçün hər şeyi edəcək. / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
SMM nə deməkdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
İlon Mask kimdir?
Biznes nədir?