"Səudiyyə Ərəbistanında açılacaq Ticarət Evi məhsullarımıza marağı təşviq edəcək"
Azərbaycanın Səudiyyə Ərəbistanında açmağı planlaşdırdığı Ticarət Evi Azərbaycan məhsullarına marağı təşviq edəcək.
Azərbaycan Səudiyyə Ərəbistanında Ticarət Evi açmaq istəyir
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasənın Bakıda keçirilən 5-ci iclasında bildirib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum Səudiyyə Ərəbistanı bazarında Azərbaycan məhsullarının tanıdılması ilə bağlı müxtəlif təşəbbüslər üzərində çalışır:"Bu təşəbbüslərdən biri də Azərbaycan Ticarət Evinin yaradılmasıdır. Bu sahədə Səudiyyəli həmkarlarımızla müvafiq müzakirələr aparılır".
"Bu gün burada müxtəlif sektorları təmsil edən iş adamları var. Azərbaycan–Səudiyyə Ərəbistanı Birgə Biznes Şurası 2022-ci ilin dekabrında Birgə Hökumətlərarası Komissiyanın iclası çərçivəsində yaradılıb. Şura üzvlərinin Azərbaycanla əyani tanışlığı isə ötən il mədəniyyət beşiyimiz olan Şuşa şəhərindən başlayıb. Şuşada həmin zaman keçirdiyimiz Şuranın 2-ci iclasında işğaldan azad olunmuş ərazilərin potensialı, biznes və sərmayə qoyuluşu üçün imkanları tanıdılıb. Bu ilin aprel ayında isə Ər-Riyada keçirdiyimiz məhsuldar görüşlərdən sonra bu gün Şuranın 5-ci iclasını keçirməkdən məmnunluq duyuruq. İndiyə qədər Ər-Riyad və Şuşada keçirilmiş 4 uğurlu iclasda əldə olunmuş mühüm məlumatlar və imkanlar bizim üçün dəyərli təcrübə olub", - deyə O.Məmmədov əlavə edib. (Report)

Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
1000 manatla hansı biznesi qurmaq olar?
Ev şəraitində pul qazanmağın yolları
ƏDV geri al və onun üstünlükləri
Necə Bitcoin almaq olar?
Proqramçılar üçün TOP-5 Freelance sayt