Sevdiyi qadının keçmiş ərini döyə-döyə öldürdü - Bakıdakı qətlin təfərrüatı

Sevdiyi qadının keçmiş ərini döyə-döyə öldürdü - Bakıdakı qətlin təfərrüatıBu il yanvarın 19-da Sabunçu rayonu Bakıxanov qəsəbəsi X.Xasməmmədov küçəsində 1993-cü il təvəllüdlü Ələsgər Məmmədovun (adlar şərtidir) 1979-cu il təvəllüdlü Rasim Ağakişiyevi döyərək öldürməsi hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məhkəmə araşdırması zamanı hadisənin qısqanclıq zəminində yaranmış münaqişə nəticəsində baş verdiyi üzə çxıb.
Belə ki, R.Ağakişiyev Ə.Məmmədovun qeyri-rəsmi nikahda yaşadığı qadının keçmiş həyat yoldaşı və əmisi oğlu olub. R.Ağakişiyev 2003-cü ildə evləndiyi əmisi qızından 2020-ci ildə rəsmən boşanıb və evi həyat yoldaşına verib. Onların 2006 və 2015-ci il təvəllüdlü uşaqları da Rasimin boşandığı Səlimədə qalıb. Elə həmin vaxtdan Rasim başqa qadınla birgə yaşamağa başlayıb. Səlimə də 2020-ci ildə tanış olduğu Xaçmaz rayon sakini olan Ələsgərlə qeyri-rəsmi nikahda yaşamağa başlayıb. Ələsgər mütəmadi olaraq onun evində qalıb, uşaqları tərəfindən ata kimi qəbul edilib.
Bir müddət sonra Rasim keçmiş arvadının Ələsgər adlı şəxslə sevgili olmasını, həmin gəncin Səlimə ilə birgə yaşadığını öyrənib. Bu işdə ona qonşular da kömək edib. Belə ki, qonşulardan biri Rasimə Ələsgərin onun keçmiş evində olması barədə xəbər verib. Rasim yanvarın 19-da axşam saatlarında binanın qarşısına gələrək qışqırmağa başlayıb və pəncərəyə çıxan 16 yaşlı oğlunu söyərək "O qubalıya de, aşağı düşsün, bilirəm evdədi", deyib. Bundan sonra 29 yaşlı Ələsgər həyətə düşüb və onlar mübahisə ediblər. Dava-dalaş zamanı Ələsgər birgə yaşadığı qadının keçmiş həyat yoldaşına yumruq və taxta ilə bir neçə zərbə endirib. O daha sonra hadisə yerindən uzaqlaşıb. Huşsuz vəziyyətdə binanın qarşısında qalan Rasimi qonşular xəstəxanaya aparıblar və o, yanvarın 24-də Sabunçu xəstəxanasında ölüb.
Məhkəmədə çıxış edən təqsirləndirilən şəxs Rasimi öldürmək niyyətinin olmadığını, özünü müdafiə məqsədilə onu vurduğunu deyib. O əlavə edib ki, özündən yaşca xeyli böyük olan Səlimə ilə aralarında 2020-ci ildə sevgi münasibəti yaranıb və onun boşandığını bildikdən sonra aralarında ər-arvad münasibəti formalaşıb.
Şahid kimi çıxış edən Səlimə Ağakişiyeva da Ələsgəri sevdiyini, əmisi oğlu olan keçmiş həyat yoldaşının evlilik dövründə onu daim  incitdiyini, Rasimin pis vərdişlərinin olduğunu, hələ evli ikən başqa qadınla birgə yaşadığını eyib. O qeyd edib ki, ailəsində söz-söhbətlərin yaranmasına əsas səbəbkar qayınanası olub: "Qayınanam o vaxt öz bacısı qızını Rasimə almaq istəyirmiş. Sonra qayınatam buna imkan verməyib və məni, yəni qardaşı qızını Rasimə aldı. Bundan sonra qayınanam daim bizə düşmən münasibəti bəsləyib".
Məhkəmədə mərhum Rasim Ağakişiyevin anası da ifadə verib. O, bildirib ki, Rasimi Ələsgər tək öldürməyib: "Oğlumu Səlimə, onun oğlu və sevgilisi birgə binanın arxasında döyərək öldürüblər. Sonra huşsuz halda binanın qarşısına sürüyüb atıblar".
Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 avqust 2022-ci il tarixli hökmü ilə Ələsgər Məmmədov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə həbs cəzasına məhkum edilib.

Xəbərlər     Tarix: 13 avqust 2022

Oxşar xəbərlər

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler bitkoin avtomobil xeberleri valyuta xeberleri depozit faizleri