"SİMA İmza" ilə "Azpulmat"da kreditini anında rəsmiləşdir

®Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "AzInTelecom" MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza tərəfdaş çevrəsini genişləndirməyə davam edir. "SİMA İmza" vasitəsilə xidmətlərini rəqəmsallaşdıran növbəti qurum "Azpul" MMC olub.
Artıq təcili kreditə ehtiyacı olan vətəndaşlar "Azpulmat" tətbiqi üzərindən onlayn kredit müraciəti göndərə və müqaviləni "SİMA İmza" ilə imzalaya bilirlər. Proses zamanı əvvəlcə kredit müraciəti göndərən vətəndaşın üz təsviri ilə kimliyi müəyyən edilir. Ardınca ona birdəfəlik istifadə üçün elektron imza yaradılır və müştəri imza üçün özünə 6 rəqəmli parol təyin edir. Daha sonra vətəndaş onlayn kredit müqaviləsini həmin parolu daxil etməklə imzalaya bilir. Müqaviləni imzaladıqdan sonra müştəri vəsaiti Azpulmat terminallarında, Azərpoçt filiallarında və ya özünə məxsus istənilən debet kartına köçürməklə nağdlaşdıra bilər.
Qeyd edək ki, sistem 7/24 rejimdə işlədiyindən vətəndaşlar günün istənilən saatında tətbiq üzərindən "SİMA İmza" vasitəsilə kredit götürə bilərlər. Tətbiqdə kredit müqaviləsinin biometriya texnologiyası ilə təsdiqlənməsi dələduzların vətəndaşların adından istifadə edərək kredit götürməsinin qarşısını alır.
SİMA rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, xidmət göstərənlərin iş yükü və xərcləri azalır. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və "157" Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. / banker.az

Xəbərlər     Tarix: 08 avqust 2024

Oxşar xəbərlər

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

"Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddəti 5 ildən 2 ilə endirilir

"Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddəti 2 il olacaq. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsinin layihəsində əksini tapıb. Layihəy

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Dövlət qulluğunda vakant vəzifələr üzrə yeni qayda - müddət 1 il olacaq

Dövlət qulluqçusu hesab olunmayan şəxslərlə vakant vəzifə ilə bağlı müddətli əmək müqaviləsinin müddəti 1 ildən çox ola bilməz. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsini

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm


iqtisadi xeberler dollar manat kursu kicik biznes rubl mezenne 1000 manatla biznes