Siyasi partiyaların öz yerini tutması qanunla tənzimlənməlidir' - Deputat yeni qanun layihəsi haqqında danışdı

Siyasi partiyaların öz yerini tutması qanunla tənzimlənməlidir' - Deputat yeni qanun layihəsi haqqında danışdı"Bu gün artıq "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununun yenidən işlənilməsi zərurəti yaranıb. Çünki bu qanun 1992-ci il iyun ayında qabul edilmişdir. Bu gün ölkədə qanunvericilik sahəsində yeni bir siyasi sistem yaranıb. Məhz buna görə də Milli Məclis tərəfindən lazımi addımların atılması zəruridir".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
O, qeyd edib ki, artıq müəyyən qərar qəbul edilib: 
"Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər. Artıq iyul ayının 26-da Milli Məclis bu prosesə başlanılması ilə bağlı da açıqlama vermişdi. Milli Məclisin plenar iclasına, eyni zamanda komitələrin iclaslarına çıxarılmazdan əvvəl bu, Milli Məclisin öz saytında yerləşdirilib. Sentyabr 28-də həmin qanun layihəsinin ilk ictimai dinlənilməsinin keçirilməsi nəzərdə tutulub və bununla bağlı müəyyən qərar qəbul edilib". 
Deputatın sözlərinə görə, 39 siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclis təqdim edib:
"İyul ayının 26-da layihə ilə bağlı təkliflərin təqdim edilməsi üçün Azərbaycanda qeydiyyatdan keçən bütün siyasi partiyalara müraciət olunub. 39 siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclis təqdim edib. Milli Məclisdə bu layihə hazırlanarkən bütün beynəlxalq konvensiyalar, eyni zamanda Venesiya komissiyasının siyasi partiyaların tənzimlənməsi üzrə istər 2020-ci ildə qəbul edilən tövsiyələri, istərsə də 2010-cu ildə, yəni 20-dən artıq ölkənin təcrübəsi nəzərə alınaraq layihə hazırlanıb". 
A.Nağıyev bildirib ki, bu layihənin qəbul edilməsi çox mühüm məsələdir:
"Milli Məclisin saytında layihənin kiçik variantı da yerləşdirilib, müzakirəyə verilib. Bu ilkin ictimai dinləmə, hansı ki, sentyabrın 28-də keçiriləcək, bütün digər vətəndaş cəmiyyəti subyektlərinin, ekspertlərin, digər qurumların, Azərbaycanda olan bütün Orqanların nəzərindən keçməklə qanun layihəsi təkmilləşdiriləcək. Buna görə də, bu, çox zəruri bir məsələdir. Siyasi partiyalar haqqında yeni qanun layihəsinə mütləq şəkildə Milli Məclisdə baxılacaq. Bu layihənin qəbul edilməsi çox mühüm məsələdir. Azərbaycanın siyasi həyatında məhz siyasi partiyaların öz yerini tutması, onların öz yerinin olması məsələsi mütləq şəkildə qanunla tənzimlənməlidir. Qəbul ediləcək bu qanun çox mühüm bir sənəddir".

Xəbərlər     Tarix: 07 sentyabr 2022

Oxşar xəbərlər

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq


iqtisadi xeberler biznes ideyalari valyuta mezennesi dollarin kursu bu gun iqtisadiyyat xeberleri