SOCAR AQŞ qabaqcıl texnologiyanı Azərbaycana gətirib

SOCAR AQŞ qabaqcıl texnologiyanı Azərbaycana gətirib®Kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkəti olan SOCAR AQŞ-nin, tarixində ilk dəfə olaraq quruda qazma xidmətlərini icra etmək üçün beynəlxalq istehsalçıya məxsus müasir qazma qurğusunu Azərbaycana gətirdiyini məmnunluqla bildiririk.
Bu, SOCAR AQŞ-nin həm ölkə daxilində, həm də xaricdə müştərilərinin mürəkkəb layihələrini və əməliyyatlarını həyata keçirmək üçün ən son texnologiyaların və yeni idarəetmə üsullarının tətbiqi üzrə çoxillik təcrübəsinə əsaslanır.
Quruda qazma əməliyyatlarının həyata keçirilməsi Azərbaycanın enerji sənayesi və iqtisadiyyatı üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, bu qurğu vasitəsilə yeni qazma layihələri ilə yanaşı, uzun müddət istismarda olan yataqlarda qalıq neft-qaz ehtiyyatının əlavə quyuların qazılması hesabına çıxarılması mümkündür. Həmçinin hələ də öyrənilməyə ehtiyac olan sahələrdə kəşfiyyat və axtarış quyularının qazılması da geoloji baxımdan daha əlverişli olacaqdır.  
SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev deyib: "Qazma sənayesində bu cür yeni texnika və texnologiyaların tətbiqi böyük inhiraflı quyuların qazılmasına, kern nümunələrinin götürülməsi və analizinə, geoloji-geofiziki tətqiqatların aparılmasına və yatağın işlənmə modelinə müsbət təsir göstərəcəkdir. Bu da öz növbəsində neft hasilatının artırılmasına təkan verəcəkdir." 
15 illik təcrübəyə sahib olan və bu günə qədər 140-dan çox quyunun qazılmasını həyata keçirən SOCAR AQŞ, ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq etməyə, eləcə də təhlükəsiz və etibarlı həllər təqdim etməklə uğurlu fəaliyyətinə davam edəcəkdir.
Qeyd edək ki, SOCAR AQŞ 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy və Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir.
SOCAR AQŞ 2009-cu ildən Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) üzvüdür və bütün tətbiq olunan beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir. / banker.az

Xəbərlər     Tarix: 06 fevral 2023

Oxşar xəbərlər

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm


iqtisadi xeberler valyuta kurslari biznes krediti pul qazanmaq dollarin kursu bu gun