"SOCAR Türkiye Yatırım" ₼2.4 mlrd. xalis mənfəət əldə edib
Azəraycan Respublikası Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti "SOCAR Türkiye Yatırım A.Ş."nin (STYAŞ) 2022-ci ildə xalis mənfəətə çıxıb.
Banker.az xəbər verir ki, bu barədə şirkətin birləşdirilmiş illik audit hesabatında qeyd edilir.
STYAŞ, 2022-ci ildə 19 mlrd. 305 mln. manat ekvivalentində gəlir əldə etməklə, illik müqayisədə (manat ekv.-də) 8 mlrd. 866 mln. manat ekv. və ya 85% artıb.
Gəlirləri Türk lirəsi ilə ifadə etsək təqribən 212 mlrd. 376 mln. TL təşkil edib.
Azərbaycan Mərkəzi Bankının 31 dekabr 2022-ci il tarixinə rəsmi məzənnəsinə görə 1 Türk lirəsi 0.0909 Azərbaycan manatı təşkil edirdi.
Qeyd edilir ki, 15 mlrd. 269 mln. manat ekv.-də satışın maya dəyəri təşkil edib.
Beləliklə, 2022-ci ili SOCAR-ın Türkiyədəki törəmə şirkətinin xalis mənfəəti 2 mlrd. 415 mln. manat olub. 2021-ci ildə isə 602 mln. manat zərər etmişdi.
Xatırladaq ki, SOCAR-ın bu şirkətdə payı 60%-dir. Xalis mənfəətdə SOCAR-ın payı 1 mlrd. 499 mln. manat təşkil edir.

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
SMM nə deməkdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
İlon Mask kimdir?
Biznes nədir?