"SOCAR Türkiye Yatırım" keçən il 1.2 mlrd. manat mənfəət əldə edib
Dövlət Neft Şirkətinin Türkiyədəki törəməsi "SOCAR Türkiye Yatırım A.Ş." 2023-cü ildə 1 milyard 186 milyon manat* (20 milyard 204 milyon Türk lirəsi) ekvivalentində xalis mənfəət əldə edib. Bu, 2022-ci ildə 2 milyard 415 milyon manat* (26 milyard 568 milyon Türk lirəsi) idi.
Banker.az-ın əldə etdiyi məlumata əsasən, "SOCAR Türkiye Yatırım A.Ş." 2023-cü ildə 16 milyard 75 milyon manat gəlir əldə etməklə 2022-ci ildə manatla müqayisədə 17% azdır.
Lakin bu azalma yerli valyutanın xarici valyutalara qarşı kəskin dəyər itkisindən irəli gəlir və bu manata müvafiq dövr üzrə konvertasiya edildikdə gəlirlər azalmış görünür. Belə ki, 2022-ci ildə milli valyuta ilə ifadədə müvafiq kurlar üzrə şirkətin gəlirləri 212 milyard 376 milyon lirə, 2023-cü il üzrə isə 273 milyard 850 milyon lirə təşkil edir.
Şirkətin xalis aktivlərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı təqribən 79%-dir.
*Azərbaycan Mərkəzi Bankının 31 dekabr 2023-cü il tarixinə TRY/AZN 0.0587, 2022-ci il üzrə 0.0909
Pensiyalar eyni faizlə artırılmayacaq
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Minimum əməkhaqqı ilə bağlı - YENİLİK GÖZLƏNİLİR
Ötən il Əmək Məcəlləsinə minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılmasına dair yeni müddəa əlavə olunub. Bu isə minimum əməkhaqqının 2027-ci il üçün artacağı ehtimalını yaradır. xəbər verir ki, Milli Məclisi
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad