SOCAR və TEKFEN-in birgə şirkətinin 2022-ci ildə gəlirlərinin azalması mənfəətinə də təsir edib

SOCAR və TEKFEN-in birgə şirkətinin 2022-ci ildə gəlirlərinin azalması mənfəətinə də təsir edibAzərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin "TEKFEN" şirkətinin birgə müəssisəsi olan "AZFEN" 2022-ci ildə xalis mənfəət əldə edib, lakin bu 2021-ci ildən azdır. 
Banker.az xəbər verir ki, bu barədə birgə şirkətin illik audit hesabatında bildirilir. 
Hesabat müddətində, şirkətin gəlirləri illik müqayisədə 20% azalaraq 569.76 mln. manata düşüb. Şirkətin satışlarının maya dəyəri isə 18% azalmaqla 455.76 mln. manata düşüb. Bu da şirkətin ümumi mənfəətinin 2021-ci ildə 157.03 mln. manat olduğu halda, 2022-ci ildə 114 mln. manata düşüb. 
"AZFEN" birgə müəssisəsinin bütün gəlir və xərcləri fərqindən sonra 104.76 mln. manat mənfəəti yaranıb, bundan 23.37 mln. manat mənfəət vergisi ödəyib və yerdə 81.39 mln. manat üzərində xalis mənfəəti qalıb. 2021-ci ili şirkətin mənfəəti 112.24 mln. manat idi. 
Bu xalis mənfəətdən sonra, şirkətin 1 yanvar 2023-cü il tarixinə 239.79 mln. manat bölüşdürülməmiş mənfəəti olub. Ötən ilin əvvəli bu rəqəm 158.39 mln. manat idi.  
SOCAR və TEKFEN-nin bu biznesi 2021-ci il ərzində səhmdarlarına 20 mln. manat dividend elan edib. 
1996-cı ilin yanvarında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (60% sahiblik hüququ ilə) və "TEKFEN İnşaat və Təsisat A.Ş." (40% sahiblik hüququ ilə) tərəfindən təsis edilib. 
Yaradılmasında məqsəd neft şirkətləri üçün yüksək səviyyəli tikinti və mühəndislik işlərini həyata keçirməkdən ibarətdir.  Şirkət irihəcmli neft layihələri üçün boru kəmərlərinin, platformaların və terminalların tikintisini həyata keçirir.
"AZFEN" birgə müəssisəsinin ötən il işçilərinin sayı 5 450 nəfər olub ki, bu da illik müqayisədə 1 057 nəfər və ya 16.2% azalması deməkdir. 2021-ci ildə isə müəssisədə 6 507 nəfər çalışıb.
SOCAR və TEKFEN-in birgə şirkətinin 2022-ci ildə gəlirlərinin azalması mənfəətinə də təsir edib

Xəbərlər     Tarix: 03 iyul 2023

Oxşar xəbərlər

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind


iqtisadi xeberler valyuta xeberleri birbank bitcoin qiymeti bitcoin