"Sony" və "Honda" birlikdə yeni elektromobillər İSTEHSAL EDƏCƏK
Yaponiyanın elektrik korporasiyası "Sony Group" və avtomobil istehsalçısı "Honda Motor" yeni müştərək elektromobillər istehsal edəcək.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tokioda keçirilən mətbuat konfransında şirkət rəhbərləri bildirib.
Onların sözlərinə görə, elektromobillər ABŞ-dakı "Honda Motor" zavodunda istehsal olunacaq və ilk sifarişlər 2025-ci ilin birinci yarısından qəbul ediləcək.
Elektromobillərin tədarükü 2026-cı ildən başlayacaq və satış əsasən internet vasitəsilə həyata keçiriləcək.
Qeyd edək ki, hələ mart ayında iki korporasiya "Sony Honda Mobility" adlı ortaq şirkət yaratdıqlarını elan edib. Bu struktur çərçivəsində şirkətlərin potensialının birləşdirilməsi nəzərdə tutulur. "Honda Motor" avtomobillərin yaradılmasında öz nailiyyətlərini, "Sony Group" isə rabitə, elektron sensorlar, musiqi, video sahəsində ən son texnologiyaları təqdim edir.
İqbal Rzayev,
KONKRET.az

Çarli Manqerə görə, hər bir insanın Benjamin Franklindən öyrənməli olduğu 5 həyat dərsi
FED faiz qərarını açıqladı
NEQSOL Holding istedadların inkişafında uğurlarına görə ATD BEST Award 2026 mükafatına layiq görülüb
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
"Freelance" nədir?
ZARA-nın uğur hekayəsi
Dünyanın ən çox maaş verən şirkətləri
İlon Mask kimdir?