"S&P" Azərbaycanda tənzimləyici təşəbbüslərin bank sektoruna təsirini dəyərləndirib
"Azərbaycanın bank sektorunda tənzimləmə inkişaf edir, lakin idarəetmə və şəffaflıq zəif olaraq qalır".
Bu barədə "S&P Global Ratings" beynəlxalq kredit reytinq agentliyinin Azərbaycanın bank sektoru ilə bağlı qiymətləndirməsində bildirilib.
Qeyd edilib ki, Azərbaycanda sektor üzrə institusional çərçivə region ölkələri ilə müqayisə edilə bilər, qlobal standartlara görə isə nisbətən zəif olaraq qalır.
S&P bununla belə hesab edir ki, Mərkəzi Bank tərəfindən 2023-cü ildə tətbiq edilən tənzimləyici təşəbbüslər, o cümlədən bankların İdarə Heyətlərinə müstəqil üzv təyini ilə bağlı əlavə edilmiş tələblər və risklərin idarə edilməsi tələblərinə edilən dəyişikliklər korporativ idarəetməni təkmilləşdirə bilər.
Reytinq agentliyi həmçinin, Rusiya-Ukrayna müharibəsi dövründə miqrant və kapital axınlarının Azərbaycana təsirini də şərh edib:
"Miqrantların və kapital axınının müsbət təsiri region ölkələrinə nisbətən Azərbaycanda daha az nəzərə çarpır. Azərbaycan 2020-ci ildən quru sərhədlərini bağlı saxladığından, ölkə 2022-2023-cü illərdə Gürcüstan, Ermənistan, Qazaxıstan və Özbəkistanın bank sektorlarına maddi fayda gətirən böyük miqrant axını, pul köçürmələri və qeyri-rezident depozitləri ilə üzləşməyib". / banker.az
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir
Leobank "Felis 2026"da qızıl mükafat qazanıb
Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr – Zəfər Günü ərəfəsind
Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026
olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkildi
ABB Azərbaycan Banklar Assosiasiyasının Bakının Müşfiqabad qəsəbəsində təşkil etdiyi növbəti ağacəkmə aksiyasında iştirak edib. Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbayca