"S&P" Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini yaxşılaşdırıb

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini (BICRA) yaxşılaşdırıb.
Bu barədə reytinq agentliyinin məlumatında bildirilib. Məlumata görə, S&P Azərbaycan bank sektoru üçün sənaye risk qiymətləndiriməsini "sabit"dən "müsbət"ə dəyişdirib.
"Müsbət sənaye risk tendensiyası 2024-2026-cı illər üçün Maliyyə Sektorunun İnkişafı Strategiyası çərçivəsində son iki il ərzində ölkədə maliyyə institutlarının tənzimlənməsi və nəzarətinin müasirləşdirilməsi təşəbbüslərini əhatə edir. Bu təşəbbüslər səmərəli həyata keçirilərsə, düşünürük ki, Azərbaycanda banklar üçün tənzimləmə və nəzarət daha da gücləndirilə bilər. Bununla belə, biz ölkədəki tənzimləmə və nəzarət çərçivəsini beynəlxalq standartlardan daha zəif hesab etməyə davam edirik"- S&P əlavə edib.
Qeyd edək ki, BICRA (Banking Industry Country Risk Assessments) "S&P Global Ratings" agentliyinin bank sənayesi ölkə risk qiymətləndirməsidir. Qiymətləndirmə üzrə ən yüksək bal 1, ən aşağı bal isə 10-dur. S&P sonuncu dəfə 2023-cü ilin dekabr ayında Azərbaycanın bank sektoru ilə bağlı risklərin qiymətləndirilməsini "9"dan "8"ə yaxşılaşdırıb. / banker.az

Banklar     Tarix: 03 fevral 2025

Oxşar xəbərlər

"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb

"A-Qroup" sığorta şirkəti 2025-ci ilin yanvar–sentyabr aylarını 1 milyon 657 min 602 manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ilin eyni dövründə 1 milyon 234 min 772 manat xalis mənfəət əldə etmişdi. Beləliklə

"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib

"PAŞA Bank Türkiye" 2026-cı ilin ilk altı ayında 192 milyon lirə (6,7 milyon  manat) xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin müvafiq dövründəki 277 milyon lirə ilə müqayisədə 30,7% azdır. xəbər verir ki, bankı

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında

PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurub

PAŞA Bankın gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi "ZirvədəSən 2026" Təcrübə Proqramı başa çatıb. Noyabrın 3-də ADA Universitetində keçirilən bağlanış mərasimində proqram iştirakçıları, mentorlar

ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı

ADA Universiteti və Bank of Baku-nun  uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi

Azərikard Mastercard-la birgə hazırladığı, süni intellektə əsaslanan yeni davranış skorinqi həllini təqdim edib. Həll ödəniş əməliyyatlarının təhlili vasitəsilə maliyyə institutları üçün əlavə analitik göstəriciləri üzə çıxarı

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®

Xalq Bank ABŞ dolları ilə təqdim olunan əmanət məhsulları üzrə illik faiz dərəcələrini artırdı. Yenilənmiş şərtlərə əsasən, bu valyutada yerləşdirilən vəsaitlər üzrə illik gəlirlilik 3%-dək yüksəldilib. Yeni faiz dərəcələr


iqtisadi xeberler biznes qurmaq bitkoin qiymeti dollar manat kursu investisiya