Tacikistanda 10 yeni qızıl yatağı AŞKAR EDİLDİ
Tacikistan ərazisində 10 yeni qızıl yatağı aşkar edilib.
KONKRET.az"Asia–Plus" agentliyinə istinadən xəbər verir ki, bu barədə Tacikistan Geologiya Baş İdarəsinin rəisi İlhomjon Oymuhammadzoda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, yataqlar Tacikistanın mərkəzində və Dağlıq Bədəxşan Muxtar Vilayətində yerləşir.
Bildirilib ki, qızıl yataqlarının ehtiyatları yalnız müvafiq araşdırmalardan sonra dəqiq müəyyən ediləcək.
Bundan əlavə, Muminabad və Şəmsiddin Şoxin ərazilərində ümumi uzunluğu 52,5 km olan 13 qızıl sahəsi müəyyən edilib.
Qeyd edək ki, Tacikistanda əsas qızıl hasilatının ümumi həcminin təxminən 70%-i Tacik-Çin birgə müəssisəsi "Zərəfşon"un payına düşür. Ümumiyyətlə, ölkədə qızıl hasilatı ilə 10-dan çox şirkət məşğul olur ki, onlardan ən böyüyü "Zərəfşon" ilə yanaşı "Aprelevka", "Tilloi Tojik" dövlət müəssisəsi, "Odina" və "Pakrut" şirkətləridir.
İqbal Rzayev,
KONKRET.az
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad