Taksi ödənişlərinizi Bir Bonus-la edin, pulunuz cibinizdə qalsın
®Bir ekosistemdən Birbonuslulara şad xəbər var. Hansı taksi sərfəlidir? – sualına Birbonuslular indi daha rahat cavab verə bilərlər. Çünki Yango tətbiqində taksi xidməti ilə əməkdaşlıq ekosistem müştərilərinə yeni imkanlar qazandırır.
Belə ki, indi istifadəçilər bonuslarını Birbank və m10 tətbiqdaxili və QR ilə ödənişlərdə, Birmarket və Trendyol sifarişləri, ictimai nəqliyyatda BakıKart ilə ödənişlər, mobil nömrə balansının artırılması, kommunal ödənişlərlə yanaşı, həm də Yango-da taksi gedişlərinin ödənişi zamanı istifadə edə bilərlər. Bunun üçün Yango tətbiqində Bir ID ilə qeydiyyatdan keçərək, bonus kabinetini aktivləşdirmək kifayətdir.
Bir ekosistemi və Yango arasındakı bu əməkdaşlıq müştərilərin gündəlik həyatını daha rahat etməklə yanaşı, bonuslardan istifadə sferasını da xeyli genişləndirir. Bu isə istifadəçilərin vaxtına və büdcəsinə əlavə dəyər qatır. İstifadəçilər səfərin dəyərinin 90%-dək hissəsini bonuslarla ödəyə bilərlər. Hər bir bonus 1 manata bərabərdir və cari bonus balansı birbaşa Yango tətbiqində əks olunur.
Ətraflı: www.b-b.az/bbyto
Qeyd edək ki, Bir ekosistemin vahid loyallıq proqramı olan Bir Bonus – Birbank, m10, Birmarket və digər ekosistem brendləri ilə yanaşı minlərlə tərəfdaşda istifadəçilərə bonus qazanmaq və onları asanlıqla xərcləmək imkanı yaradır. Bir ekosistem müştəriləri Bir Bonus proqramına avtomatik olaraq qoşulur və bütün imkanlardan yararlanmaq şansı əldə edir. Bonusları BakıKart biletindən Trendyol sifarişinə, mobil balansdan Birmarket alış-verişinə qədər rahatlıqla istifadə etmək mümkündür.
Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir. / banker.az

Pampers 23 milyard dollar qazanıb
Bakıda məşhur restoran fəaliyyətini dayandırdı
Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib
Bankların depozit portfelinin RENKİNQİ: həcm, dinamika və bazar payı (01.10.2026)
Yüksək gəlir hələ başlanğıcdır – TL kart hədiyyəsi də Ziraat Bank Azərbaycandan
Xalq Bank 1,6 milyard dollarlıq beynəlxalq maliyyələşmə layihəsində iştirak edib
Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR
"Bank BTB"nin hüquqi varisi kreditorlarına müraciət edib
SWIFT nədir?
Dünyanın ən çox maaş verən şirkətləri
Dünyanın ən varlı 10 adamı
Kriptovalyuta nədir və necə alınır?
Dizaynerlər üçün TOP-5 Freelance sayt