TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıbAzərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən mayın 6-da qaz tədarükü üçün 345 milyon 038 min 291 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə TAP-ın elektron platformasında bildirilir.

Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 5.9% azdır.
Kipoi çıxış nöqtəsindən mayın 7-dən 12-dək qaz tədarükü üçün 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu da ötən həftənin aprelin 30-na olan sifariş həcmi ilə müqayisədə 9.72%, mayın 1-nə olan sifariş həcmi ilə müqayisədə 9.54%, mayın 2-dən 4-dək olan sifariş həcmi ilə müqayisədə isə 9.72% azdır. Həmçinin, bu həcmlər ötən həftənin bazar günün sifariş göstəriciləri ilə müqayisədə 8.2% azdır.
Yunanıstanın Komotini çıxış nöqtəsindən mayın 6-dən 12-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən də mayın 6-dən 12-dək hər gün üçün ötən həftədəki kimi 30 milyon 346 min 301 kVt/saat həcmində qaz sifariş edilib.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün mayın 6-da qaz tədarükü üçün 282 milyon 821 min 315 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 7% azdır.
Mayın 7-dən 12-dək 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edib. Bu, ötən həftənin çərşənbə axşamının göstəricisi ilə müqayisədə 10.8% azdır. Eyni zamanda bu göstərici mayın 1-ə olan göstəricisi ilə müqayisədə 10.4%, mayın 2-dən 4-nədək olan göstərici ilə müqayisədə 10.7% azdır. Həmçinin, bu həcmlər ötən həftənin bazar günün sifariş göstəriciləri ilə müqayisədə 8.8% azdır.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb. / banker.az

Xəbərlər     Tarix: 06 may 2024

Oxşar xəbərlər

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B


iqtisadi xeberler telefonla pul qazanmaq iqtisadiyyat xeberleri internetden pul qazanmaq kripto