Taxıl sazişi Ukraynada əməliyyata maneə deyil – Lavrov
Ukrayna limanlarından taxıl ixracına dair sazişin bağlanması Rusiya üçün Ukraynada hərbi əməliyyat keçirməyə və onun hərbi infrastrukturunu məhv etməyə maneə yaratmır.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
O iddia edib ki, Qərb ölkələri Rusiyanı gözdən salmaq üçün Rusiya ordusunun Odessa limanına raket hücumu ilə bağlı məlumatları "təhrif olunmuş şəkildə" təqdim ediblər.
"İyulun 22-də İstanbulda imzalanmış sazişlər çərçivəsində bizə xüsusi əməliyyatı davam etdirməyi qadağan edən heç bir şey yoxdur", – Lavrov Konqoya səfəri zamanı deyib.
Lavrovun sözlərinə görə, Rusiya silahlı qüvvələrinin raket zərbələri "Odessa limanının xüsusi hərbi hissəsində" yerləşən hədəflərə endirilib. Onun fikrincə, bu zərbələr taxıl ixracına mane yaratmayacaq.
Qeyd edək ki, iyulun 22-də Rusiya, Türkiyə, BMT və Ukrayna nümayəndələri Ukrayna limanlarından taxıl ixracını təmin etmək üçün saziş imzalayıblar.
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki