Təşviqlərdən asılılıq: 2024-cü ildə Çin iqtisadiyyatını nə gözləyir?

Təşviqlərdən asılılıq: 2024-cü ildə Çin iqtisadiyyatını nə gözləyir?2023-cü ilin sonunda Çin iqtisadiyyatının artımı hökumətin hədəfi olan 5%-i keçib, lakin bir sıra iqtisadi göstəricilər ÜDM-in əsas hərəkətverici qüvvələrində – daşınmaz əmlak sektorunda, ixracda və investisiyalarda ciddi problemlərin olduğunu göstərir. 2024-cü ildə ÜDM-in artımı Çin iqtisadiyyatının problemli sektorlarına hakimiyyət orqanları tərəfindən əhəmiyyətli dəstək məsələsindən asılıdır.
Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsinin çərşənbə günü, yanvarın 17-də verdiyi məlumata görə, ölkə iqtisadiyyatı 2023-cü ilin sonunda illik ifadədə 5.2% artıb. Beləliklə, iqtisadi artım hökumətin il üçün müəyyən etdiyi səviyyədən yüksək olub. Əgər pandemiya dövrünü nəzərə almasaq, 2023-cü ildə artım 1990-cı ildən bəri ən cüzi artımdır.
Əsas iqtisadi göstəricilər də nikbinliyə əsas vermir. Pərakəndə satışlar 2023-cü ilin dekabrında illik müqayisədə 7.4% artıb – "Bloomberg" tərəfindən sorğu edilən iqtisadçıların proqnozundan xeyli aşağı. 2023-cü ildə ixrac illik ifadədə 4.6% azalıb – bu, son 7 ildə ilk azalmadır. Çin iqtisadiyyatında hər şeyin yaxşı olmadığını göstərən göstərici deflyasiyadır. Çinin istehlak qiymətləri indeksi dekabr ayında ardıcıl üçüncü aydır ki, aşağı düşüb. İstehsalçı qiymətləri indeksi ardıcıl 15 aydır ki, azalır. "Bloomberg"in qeyd etdiyi ÜDM deflyatoru, agentliyin hesablamalarına görə, istehlak qiymətləri indeksindən daha geniş qiymət dinamikasını təqdim edir – dördüncü rübdə 1.5% azalıb. "Morgan Stanley" qeyd edir ki, bu göstərici üçüncü rüb ardıcıl olaraq aşağı düşüb.
Çin iqtisadiyyatına ən böyük zərbəni daşınmaz əmlak sektoru vurub. Ötən ilin sonunda yeni mənzillərin satışı 6%, daşınmaz əmlaka investisiyalar isə 9.6% azalıb. Keçən dekabr ayında yeni ev qiymətləri 2015-ci ilin fevralından bəri ən kəskin enişini göstərib.
Yeni drayver axtarışında
Yanvarın 17-də Davosda keçirilən Dünya İqtisadi Forumunda "Çində artımın bərpası" adlı xüsusi sessiya ÇXR iqtisadiyyatının yavaşlamasına həsr olunub. "Aydındır ki, 30 illik geniş iqtisadi artımdan sonra ölkənin ÜDM artımı bir qədər yavaşlayıb. Bunlar normal iqtisadi dövrlərdir. Bunun üzərinə əhalinin qocalması, aşağı əmək məhsuldarlığı və tələb də gəlir", – deyə BVF-nin keçmiş idarəedici direktorunun müavini və Çin Xalq Bankının yüksək vəzifəli əməkdaşı Çju Min qeyd edib.
Bununla belə, Çin iqtisadiyyatının problemləri təkcə tsiklik deyil, həm də struktur xarakterlidir. "Əvvəllər Çin iqtisadiyyatı üç əsas drayver hesabına böyüyüb: infrastruktura investisiyalar, daşınmaz əmlak sektoru və ixrac. İndi bu sektorların hər üçü pis vəziyyətdədir", – Min əlavə edib.
O hesab edir ki, Çin yeni böyümə mühərrikləri axtarmalıdır. "Bu, daxili istehlakda əhəmiyyətli artım, istehsalın rəqəmsallaşması və ya karbonsuzlaşma ola bilər. Bütün bu təşəbbüslərin həyata keçirilməsinin müəyyən vaxt aparacağını başa düşmək vacibdir. Məsələn, daxili istehlakı bərpa etmək üçün insanların maaşlarını tədricən artırmaq, müxtəlif fiskal stimullar vermək lazımdır. Amma bu prosesin uzun sürəcəyi dəqiqdir".
London İqtisadiyyat Məktəbinin professoru Jin Kayu qeyd edib ki, hazırda Çin iqtisadiyyatı aşağı daxili tələb, uzunmüddətli mənfi post-pandemiya təsirləri və daşınmaz əmlak sektorundakı problemlər səbəbindən əziyyət çəkir. "Uzunmüddətli perspektivdə yüksək artım templərini saxlamağın yeganə yolu innovasiya və optimallaşdırma əsasında məhsuldar iqtisadiyyata çevrilməkdir. Amma aydındır ki, iqtisadiyyatın rəqəmsallaşması kimi bərpa olunan enerji mənbələri də iqtisadi artım üçün əhəmiyyət baxımından yaxın gələcəkdə daşınmaz əmlak sektorunu əvəz edə bilməyəcək".
Təşviqlər olmadan artım olmayacaq
"Bloomberg Economics"in iqtisadçıları Çanq Şu və David Quya görə, keçən ilin son ayında zəif iqtisadi göstəricilər, hökumətin problemli sektorlara maliyyə dəstəyini artırmadığı təqdirdə Çin iqtisadiyyatının gələn il real çətinliklərlə üzləşə biləcəyini göstərir. "Biz yaxın gələcəkdə hökumətin iqtisadiyyatı dəstəkləmək üçün qətiyyətli addımlarını gözləyirik. Lakin 2023-cü ilin yüksək bazası ilə müqayisədə bu il güclü iqtisadi artım göstərmək həqiqətən çətin olacaq".
"Moody"s" araşdırmasında qeyd edib ki, 2024-cü ildə Çinin iqtisadi göstəriciləri məmurların daşınmaz əmlak bazarına nə dərəcədə effektiv təsir göstərməsindən asılı olacaq. Keçən il səlahiyyətlilər əlavə kreditləşmə imkanlarını artırmaqla və ipoteka üçün minimum ilkin ödəniş nisbətini azaltmaqla sektoru dəstəkləməyə çalışdılar, lakin bu tədbirlər indiyədək səmərəsiz olmuşdur.
İndi Çində vəziyyəti yaxşılaşdırmağın yeganə sürətli yolu güclü hökumət stimullaşdırılmasıdır, lakin hakimiyyət geniş dəstək tədbirləri görmür və borclarını artırmaq istəmədiyi üçün özlərini yarı tədbirlərlə məhdudlaşdırmağa çalışır, "Freedom Finance Global"ın analitiki Roman Lukyançikov qeyd edir.
Onun fikrincə, 2024-cü ildə Çin ÜDM-nin artımı ilk növbədə hakimiyyətin fiskal siyasətindən asılı olacaq ki, bunun yumşaldılması yeni borclanma hesabına büdcə kəsirinin hədəfdən əhəmiyyətli dərəcədə yuxarı olan 3%-i əhatə etməlidir. Əgər dövlət dəstəyi indiki səviyyə ilə müqayisədə genişləndirilməsə, 2024-cü ildə ÜDM-in 5% artımına nail olmaq, zəif daxili tələb və Çin ixracının qeyri-sabit dinamikası ilə yanaşı, inkişaf və bank sektorunda mövcud mənfi tendensiyaları nəzərə alsaq, qeyri-real görünür, – Lukyançikov yekunlaşdırır.
"2023-cü ilin sonunda Çin liderləri 2024-cü ildə təxminən 5% iqtisadi artımı dəstəkləmək üçün proaktiv fiskal siyasət vəd ediblər. Burada xərclərin maliyyələşdirilməsi üçün suveren və yerli idarəetmə orqanlarının borclarının xüsusi məsələləri nəzərdə tutulur".
Bununla belə, hökumətin iqtisadiyyatın stimullaşdırılması üzrə genişmiqyaslı tədbirləri və Çin Mərkəzi Bankının aşağı faiz dərəcələrini qoruyub saxlaması nəzərə alınsa belə, 2024-cü ildə Çinin ÜDM artımı 2023-cü ildəkindən daha da aşağı – 4.5-5% olacaq, – iqtisadçı ekspert yekunlaşdırır. / banker.az

Maraqlı     Tarix: 18 yanvar 2024

Oxşar xəbərlər

"Bank olmaq istəməyən fintex, fintex deyil"

Bank olmaq istəməyən fintex, fintex deyil. Bunu "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin İdarə Heyətinin sədrinin müavini Eynar Abdullayev Bakıda keçirilən "Azərbaycanın rəqəmsa

"Buckswood School Azerbaijan"ın ilk məzunları dünyanın TOP-100 universitetlərinə qəbul olublar

() İngiltərənin 1933-cü ildən fəaliyyət göstərən nüfuzlu məktəbinin Azərbaycan kampusu ilk tədris ilini beynəlxalq uğurla başa vurub. Azərbaycanda fəaliyyət göstərən ilk və yeganə rəsmi İngiltərə məktəbi olan "Buckswoo

Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək

Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələblər təsdiq ediləcək. Marja xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi ilə bağlı fərman imzaladığı "Ümumi təhsil haqqında" qanun

Kütləvi isteriya niyə asanlıqla yayılır və ona necə qarşı durmaq olar?

Alimlər bu fenomeni izah etmək üçün mənəvi panika nəzəriyyəsini irəli sürüblər. Mənəvi panika nədir?. Mənəvi panika, adətən, ictimai normalardan real və ya xəyali sapma nəticəsində yaranan kütləvi isteriyanın sürətlə yayılmasıdır

Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi

CNN-in mövzuya yaxın mənbələrə istinadən yaydığı məlumata görə, Ağ Ev inkişaf etmiş imkanları səbəbindən OpenAI-dan GPT-5.6 modelinin yalnız hökumət tərəfindən təsdiqlənmiş məhdud sayda iş ortağına təqdim olunmasını istəyib

Apple 2027-ci ilədək ən azı 5 yeni iPhone təqdim etməyi planlaşdırır

Apple 2026-cı ilin ikinci yarısından 2027-ci ilin birinci yarısınadək ən azı 5 yeni iPhone modelini təqdim etməyi planlaşdırır. xəbər verir ki, bu barədə "Nikkei Asia" mənbələrə istinadən məlumat yayıb. VTB-də minima

Tullantılar necə biznesə çevrilir? "Tullantıların biznesi" kitabı NƏŞR OLUNDU

Dövlət idarəetməsi üzrə fəlsəfə doktoru (PhD) Ayaz Salmanovun müəllifi olduğu "Tullantıların biznesi: Dairəvi iqtisadiyyat və davamlı gələcək" adlı yeni kitab işıq üzü görüb. Təşəbbüslər və Layihələr Mərkəzini

Kevin Kelli: Süni intellekt hiperreal "mən"in ilk qığılcımıdır

Çat-bot hesab edir ki, bəşəriyyət təkbaşına dərk edə biləcəyindən daha çox mürəkkəblik yaratdığı üçün o meydana gəlib. Demək olar ki, hər həftə müxtəlif tanımadığım insanlardan elektron məktublar alıram. Bu mesajlar heyrətami

2026-cı ildə dünyanın 10 ən böyük bankı

Banklar və iri maliyyə şirkətləri istənilən iqtisadiyyatın əsasını təşkil edir. Onların ölçüsünü qiymətləndirmək üçün müxtəlif yanaşmalar mövcuddur. Bəzi araşdırmalarda bankların bazar kapitallaşmasına, digərlərində isə aktivlərini


iqtisadi xeberler pul qazanmaq bitkoin bitkoin almaq valyuta kurslari