Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
CNN-in mövzuya yaxın mənbələrə istinadən yaydığı məlumata görə, Ağ Ev inkişaf etmiş imkanları səbəbindən OpenAI-dan GPT-5.6 modelinin yalnız hökumət tərəfindən təsdiqlənmiş məhdud sayda iş ortağına təqdim olunmasını istəyib.
Mənbələr bildiriblər ki, Vaşinqton administrasiyası və OpenAI GPT-5.6 versiyasını kibertəhlükəsizlik sahəsində inkişaf etmiş imkanlarına görə ixrac nəzarəti tətbiq edilən Anthropic-in "Mythos" modeli ilə "eyni səviyyədə" qiymətləndirir.
OpenAI-ın isə modelin bazara çıxarılmasının məhdudlaşdırılması ilə razılaşdığı qeyd olunur.
ABŞ-ın texnologiya xəbər saytı "The Information" OpenAI və şirkətin Baş icraçı direktoru (CEO) Sam Altmanın bu məsələ ilə bağlı əməkdaşlara göndərdiyi məlumat qeydinə çıxış əldə edib.
Məlumat qeydində hökumətin yeni modelə çıxışının "müştəri bazasında" təsdiqləndiyi bildirilib.
Bundan əlavə, qeyddə "ABŞ hökumətinə bunun uzunmüddətli perspektivdə üstünlük verdiyimiz model olmadığını açıq şəkildə bildirdik. Gələcək versiyalar üçün daha dayanıqlı yanaşma hazırlamaq məqsədilə onlarla və sektordakı digər tərəflərlə birlikdə işləyəcəyik" ifadələri yer alıb.
Ağ Ev rəsmisi isə CNN-ə açıqlamasında sözügedən texnologiyanın risklərinə qarşı ortaq yanaşmaların hazırlanması məqsədilə qabaqcıl süni intellekt laboratoriyaları ilə əməkdaşlığın davam etdirildiyini bildirib.
Digər tərəfdən, OpenAI məsələ ilə bağlı şərh verməyib.
ABŞ Prezidenti Donald Tramp administrasiyası iyunun 13-də süni intellekt şirkəti Anthropic-in ən inkişaf etmiş modelləri olan "Mythos" və "Fable" üçün ixrac nəzarəti tətbiqinə başlamışdı.
Ağ Ev "milli təhlükəsizlik təhdidi" əsaslandırması ilə xarici hökumətlərin, şirkətlərin və fiziki şəxslərin bu modellərə çıxışını qadağan etmək qərarı qəbul etmişdi. Bundan sonra Anthropic inkişaf etmiş süni intellekt modellərini bütün istifadəçilər üçün deaktiv etmişdi. / marja.az

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Start-up nədir?
Biznes təlimlər və tədris üsulları
Onlayn biznes növləri
Bitcoin necə işləyir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?