"Bank olmaq istəməyən fintex, fintex deyil"
Bank olmaq istəməyən fintex, fintex deyil.
Bunu "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin İdarə Heyətinin sədrinin müavini Eynar Abdullayev Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" mövzusunda tədbirdə bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Onun sözlərinə görə, əslində, fintex dünyasında belə bir deyim var: "Bank olmaq istəməyən və ya bankları əvəz etməyi hədəfləməyən fintex, fintex deyil". Təbii ki, bu sahədə fəaliyyət göstərən hər bir şirkətin öz ambisiyaları və gələcək planları var. Lakin hazırda banklar təkcə Azərbaycanda deyil, bütün dünyada maliyyə ekosisteminin əvəzolunmaz iştirakçılarıdır. Bankların müxtəlif fəaliyyət istiqamətləri mövcuddur – istehlakçılarla çalışan banklar, biznes müştərilərinə xidmət göstərən banklar və s".
O bildirib ki, fintexlər bankları əvəz etmək və ya onları sıradan çıxarmaq üçün yaradılmayıb: "Əksinə, onlar bank xidmətlərini daha sadə, daha sürətli və müəyyən sahələr üzrə daha ixtisaslaşmış formada təqdim edən iştirakçılardır. Fintexlər daha çox konkret seqmentlərə yönəlir. Unutmaq olmaz ki, bankların depozit cəlb etmək hüququ var və bu, onların üzərində ciddi tənzimləmə və nəzarət mexanizmləri yaradır. Çünki banklar vətəndaşların vəsaitlərini idarə edir və istifadə edir".
E. Abdullayev qeyd edib ki, fintexlər isə daha çevik və sadələşdirilmiş qaydalar çərçivəsində fəaliyyət göstərir: "Bu, onlara rəqəmsallaşma prosesində daha sürətli qərarlar qəbul etməyə, bazarın ehtiyac duyduğu kiçik, lakin vacib yenilikləri operativ şəkildə tətbiq etməyə imkan verir. Bu baxımdan bank tərəfdaşlarımıza mesajımız ondan ibarətdir ki, fintexlərin bankları əvəz etmək kimi bir planı yoxdur və yaxın gələcəkdə də belə bir ssenarini gözləmirik".
© "Report"

Sənaye sektoruna verilən kreditlər avqustda cüzi artıb
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers" qalibləri üçün təlimlərə başlayıb
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
"Bank Respublika"nın nizamnamə kapitalı 240 milyon manatı keçəcək
Banklar ticarət və xidmət sektoruna 8 ayda 205 milyon manat əlavə kredit verib - 4,6 milyard manatı keçib
"Azər Türk Bank"da sədr müşaviri təyin edildi
ATİB nümayəndə heyəti "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib
"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Eyni ünvanda yerləşən 4 şirkət – LƏĞV EDİLDİ
Ən bahalı otellər hansılardır?
Elon Musk kimdir?
Marketinq nə demədir?
Evdə biznes qurmağın yolları
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?