"The Wall Street Journal": "Ukraynanın hərbi xərclər üçün pulu yoxdur"
Ukrayna hakimiyyəti hərbi ehtiyacların, o cümlədən hərbi qulluqçuların maaşlarının ödənilməsi üçün əlavə pul çap etməyə məcburdur.
KONKRET.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti Ukraynanın Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, Ukrayna büdcəsinə vergi daxilolmaları 40% təşkil edir, hərbi xərclər isə büdcənin 60%-ni ötür.
Xərclərin qalan hissəsini ödəmək üçün Ukrayna hakimiyyətinə əlavə 5 milyard dollar lazımdır. Bununla bağlı Milli Bank əlavə pul çap edir. Bu, qrivnanın məzənnəsini zəiflədir və inflyasiyaya səbəb olur.
Ukrayna Milli Bankının sədr müavini Sergey Nikolayçukun sözlərinə görə, Qərb ölkələri əlavə yardım üçün ən azı 3 milyard dollar ayıra bilər.
İyulun 3-də Ukraynanın baş naziri Denis Şmıxal bildirib ki, hərbi əməliyyatlar başlamazdan əvvəl Kiyev hərbi xərclərə 5,28 milyard dollar xərcləyib. Fevralda hərbi əməliyyatlar başlayandan sonra isə Ukrayna hakimiyyəti hər ay 4,4 milyard dollar xərcləyir.
Qeyd edək ki, "Bloomberg"in məlumatına görə, Kiyevin xarici borcu 19,6 milyard dollardır.
İqbal Rzayev,
KONKRET.az

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
SMM nə deməkdir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
İKEA şirkətinin tarixi
Biznes qurmaq üçün nə lazımdır?
İnstaqramda biznes qurmağın yolları