Tibb sahəsində ƏDV-nin hesablanması qaydası dəyişir
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun layihəsi Milli Məclisdə müzakirə olunur.
Marja.az-ın məlumatına görə, "Bizcon Audit" MMC-nin direktor-auditoru Anar Bayramov bildirib ki, Vergi Məcəlləsinə nəzərdə tutulmuş dəyişikliyə əsasən, 2024-cü ildən hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyənin 50 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə onun vergi tutulan ümumi dövriyyəsindən çıxılır:
"Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır. Məsələn, klinikanın göstərdiyi hər hansı tibbi xidmətin dəyəri ƏDV daxil 1180 manatdır. Müştəri POS-terminal ilə 1180 manatı klinikaya ödəyir. Lakin klinika aylıq ƏDV bəyannaməsi təqdim edərkən vergi tutulan dövriyyə kimi 500 manat qeyd edəcək və 90 manat ƏDV-ni büdcəyə hesablayıb ödəyəcək.
Digər bir mühüm məqam isə vətəndaş tərəfindən ödənilən 180 manat ƏDV-nin ancaq 90 manat hissəsinin klinika tərəfindən büdcəyə ödənilməsidir. Digər 90 manat klinikanın gəliri hesab edilir. Lakin nəzərdə tutulmuş dəyişikliyə əsasən vətəndaşdan alınıb büdcəyə ödənilməyən və klinikanın sərəncamında qalan ƏDV məbləği bir gəlir kimi mənfəət vergisindən (fiziki şəxslərdə gəlir vergisindən) azad ediləcəkdir. Dövriyyənin azaldılması yalnız əhaliyə göstərilən xidmətlər üzrə formalaşan dövriyyəyə tətbiq edilir və nağdsız ödəniş nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır".

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Swift nədir?
5 liderlik göstəricisi
SWIFT nədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası