Tomas Tuxel "Çelsi"dən istefaya göndərildi
İngiltərənin "Çelsi" klubu almaniyalı baş məşqçisi Tomas Tuxellə yollarını ayırıb.
KONKRET.azLondon klubunun rəsmi saytına istinadən xəbər verir ki, buna "zadəganlar"ın UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Xorvatiyada Zaqreb "Dinamo"suna 0:1 hesablı məğlubiyyəti səbəb olub.
Yeni baş məşqçinin tezliklə açıqlanacağı və həmin vaxtadək komandanı məşqçilər heyətinin hazırlaşdıracağı bildirilib.
Qeyd edək ki, Tomas Tuxel ötən ilin 26 yanvarında "Çelsi" ilə 18 aylıq müqavilə bağlamışdı. O, "Çelsi"yə Çempionlar Liqası, UEFA Super Kuboku və klublarası dünya çempionluğunu qazandırıb.
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi