"Toqquşma 8 saatdan az davam edib" - İlham Əliyev
"Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsinə operativ reaksiya verdiyiniz üçün sizə minnətdarlığımı bildirmək istəyirəm".
azxeber.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammiti çərçivəsində baş tutan görüşü zamanı deyib.
"Toqquşma 8 saatdan az davam edib və Ermənistan tərəfi atəşkəsə dərhal əməl etməyə başlamasa da, ümumilikdə iki günə yaxındır ki, atəşkəs rejiminə əməl olunması onu göstərir ki, nə Ermənistanın, nə də Azərbaycanın genişmiqyaslı eskalasiya niyyəti yox idi.
Təəssüf ki, hər iki tərəfdən çoxsaylı itkilərlə müşayiət olunan sərhəd münaqişələri baş verir. Amma əsas odur ki, biz vəziyyəti sabitləşdirə bildik və sülh yoluna keçə bildik. Aldığım məlumata görə, vəziyyət stabildir. İndi əsas yaranmaqda olan münasibətlərin normallaşması prosesini pozmamaq və bu istiqamətdə hərəkət etməkdir. Biz Rusiyanın buna yönəlmiş səylərini, o cümlədən delimitasiya prosesinin bir hissəsi olaraq Rusiya Baş nazirinin müavinləri səviyyəsində üçtərəfli komissiya çərçivəsində sülh razılaşması danışıqlarına başlamağı planlaşdırırıq. Təbii ki, biz bunu ətraflı müzakirə edəcəyik", - deyə dövlət başçısı bildirib.

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
Digital Card nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Dünyanın ən varlı 10 müğənnisi
5 liderlik göstəricisi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət