TuranBank 2024-cü ilin I yarısının nəticələrini elan edib

TuranBank 2024-cü ilin I yarısının nəticələrini elan edib®Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC 2024-cü ilin I yarısının yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.
2024-cü ilin II rübünün yekunlarına görə TuranBank-ın cəmi aktivləri 872 mln. manata çatıb. Bankın kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 12.1% və ya 69.4 mln. manat artaraq 645 mln. manat, o cümlədən biznes müştərilərinə verilmiş kreditləri 13.4% və ya 44.5 mln. manat artaraq 375.4 mln. manat təşkil edib. Bankın depozit portfeli 454 mln. manat, fiziki şəxslərin depozitləri isə 0.5% və ya 2.1 mln. manat artaraq 389.6 mln. manat təşkil edib. 
2024-ci il II rübü ərzində TuranBank institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirib. Belə ki, TuranBank ASC və Asiya İnkişaf Bankı (AİB) arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini həyata keçirmək məqsədilə saziş imzalanıb. Yeni saziş çərçivəsində AİB "Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı"na (TSCFP) TuranBank ASC-ni daxil edərək ticarət maliyyələşdirilməsi üzrə zəmanət limiti təsdiqləyib. Bununla yanaşı hesabat dövründə Bank Amerika Birləşmiş Ştatlarının (ABŞ) beynəlxalq ödəniş və hesablaşmalar sahəsində aparıcı banklarından hesab olunan HAB Bankla əməkdaşlıq çərçivəsində ABŞ dollarında müxbir hesabı açaraq müştərilərinin xarici valyuta əməliyyatlarının daha asan və sürətli həyata keçirməsini təmin edib. Qeyd edək ki, TuranBank-ın HAB Bank ilə əldə etdiyi bu saziş beynəlxalq pulköçürmələri xidmətlərinin inkişafına, beynəlxalq hesablaşmalar sahəsində fəaliyyətin genişləndirilməsinə, həmçinin bankın qlobal maliyyə arenasında statusunun möhkəmlənməsinə xidmət edir.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır… / banker.az

Banklar     Tarix: 15 iyul 2024

Oxşar xəbərlər

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb

Avropa İnvestisiya Bankı (EIB) "Bank Respublika" ASC-nin imtiyazlı səhmlərinin sahibi olub. Bu barədə EIB-dən bildiriblər. "Başa çatmış sövdələşmə ["Bank Respublika" və "AccessBank"ın birləşməs

Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinit

"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib

"PAŞA Bank Türkiye" 2026-cı ilin ilk altı ayında 192 milyon lirə (6,7 milyon  manat) xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin müvafiq dövründəki 277 milyon lirə ilə müqayisədə 30,7% azdır. xəbər verir ki, bankı

FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR

FINCA Azerbaijan 7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərində keçirilən II "Heyva Festivalı"nda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tuta

"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb

"Xalq Həyat" Sığorta Şirkəti ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 2 milyon 145 min 318 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 201 min 460 manat və ya 10,4% çoxdur. şirkəti

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb

"PAŞA Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 41 milyon 147 min 189 manat xalis mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə 40 milyon 158 min manat xalis mənfəət əldə etmişdi. Beləliklə

"Bank Respublika" mühüm təyinat baş tutub

"Bank Respublika" ASC-də yeni kadr təyinatı olub. xəbər verir ki, Cəfər Həmidov bankın baş texnologiya direktoru (CTO) vəzifəsinə təyin edilib. O, 2026-cı ilin oktyabrından etibarən yeni vəzifəsinin icrasına başlayıb

PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurub

PAŞA Bankın gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi "ZirvədəSən 2026" Təcrübə Proqramı başa çatıb. Noyabrın 3-də ADA Universitetində keçirilən bağlanış mərasimində proqram iştirakçıları, mentorlar


iqtisadi xeberler rubl mezenne bank faizleri leobank kart dollar mezenne