Türkiyə ikinci S-400 alayının tədarükü üçün müqavilə imzaladı
"Türkiyəyə S-400 zenit-raket komplekslərinin ikinci alayının tədarükü üçün müqavilə imzalanıb və bu çərçivədə sistemin ayrı-ayrı komponentlərinin istehsalı nəzərdə tutulur".
KONKRET.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev məlumat verib.
O, müqavilənin nə vaxt bağlandığını dəqiqləşdirməyib.
Şuqayev bildirib ki, sözügedən müqavilənin praktiki icrası artıq aparılır.
"Gələcək illərdə hər hansı bir dövlətin parametrlərinə görə S-400 "Triumf"a yaxınlaşa biləcək sistem yarada biləcəyinə inanmırıq", – xidmət rəhbəri bildirib.
Qeyd edək ki, Moskva və Ankara 2017-ci ildə S-400-lərin tədarükünə dair müqavilə imzalayıb. Türkiyə bu sistemləri alan ilk NATO ölkəsi olub. ABŞ S-400-dən imtinanı tələb edib və Türkiyəni F-35 qırıcılarının istehsalı proqramından kənarlaşdırıb. Türkiyə tərəfi isə məhdudiyyətlərə baxmayaraq Rusiyadan S-400 almağa davam edəcəyini bildirib.
İqbal Rzayev,
KONKRET.az
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml