Türkiyə parlamenti mayeləşdirilmiş qaz ixracı ilə bağlı qanun layihəsinə baxacaq

Türkiyə parlamenti mayeləşdirilmiş qaz ixracı ilə bağlı qanun layihəsinə baxacaqTürkiyə mayeləşdirilmiş qaz ixracatçısı olmaq imkanını nəzərdən keçirir – müvafiq qanun layihəsi ölkə parlamentinə təqdim edilib, "Ekonomim" qəzeti yazır.
"Parlamentə təqdim edilən qanun layihəsinə əsasən, ölkə daxilində istehsal olunan və müxtəlif mənbələrdən idxal olunan təbii qaz Türkiyədə mayeləşdirilərək dünya bazarlarına LNG şəklində satıla bilər", – mesajda deyilir.
Qəzet qeyd edir ki, bu təşəbbüslər Rusiyanın Türkiyədə təklif etdiyi qaz qovşağı layihəsinin məqsədləri ilə üst-üstə düşür. Rusiya Türkiyənin ən böyük təbii qaz tədarükçülərindən biridir.
Türkiyənin qaz qovşağından ilk dəfə 2022-ci ilin oktyabrında danışılıb. "Şimal axını"nda terror aktından iki həftə sonra Rusiya Prezidenti Vladimir Putin itirilmiş qaz tranzit həcminin Qara dəniz regionuna köçürülməsi ideyasını irəli sürüb. Onun sözlərinə görə, Türkiyədə qaz qovşağı yaratmaq olar ki, bu da digər ölkələrə, ilk növbədə Avropaya tədarük üçün platformaya çevriləcək, həm də qazın qiymətinin müəyyənləşdirilməsinə xidmət edəcək.
Ötən ilin noyabrında Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirmişdi ki, Ankara Türkiyənin qaz ticarət platformasını beynəlxalq səviyyəyə çatdırmaq üçün "Qazprom"la danışıqlar aparır. Onun sözlərinə görə, respublika qaz ticarəti üçün elektron platformanın yaradılması üzrə işləri 2024-cü ildə başa çatdıra biləcəyini gözləyir. / banker.az

Xəbərlər     Tarix: 30 yanvar 2024

Oxşar xəbərlər

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il


iqtisadi xeberler en son xeberler rubl mezenne depozit faizleri biznes qurmaq