Türkiyədə ölən azərbaycanlı həkimin müəmmalı paylaşımı - FOTO
Türkiyədə faciəli şəkildə ölən azərbaycanlı həkimin illər öncə yazdığı status ağıllarda sual doğurub.
azxeber.com xəbər verir ki, uzman həkim Elnur Rufullayevi işdən çıxan vaxt onu maşın vurub. Nəticədə o, dünyasını dəyişib.
Qəribə məqam ondan ibarətdir ki, həkim 2017-ci ildə kiminsə qəsdən maşını onun üzərinə sürdüyünü və canını son anda qurtara bildiyini yazmışdı.
Hazırda bəzi sosial şəbəkə istifadəçiləri həkimin ölümünü illər əvvəl baş vermiş hadisə ilə əlaqələndirirlər.
Sözügedən paylaşımda deyilir:
"Salam dostlar. Bu gün növbəyə gedərkən başıma daha öncə heç yaşamadığım qəribə hadisə gəldi. Sizin də başınıza belə hadisə gəlirsə hazırlıqlı olun deyə paylaşım dedim. Yolun qarşı tərəfinə keçən zaman, maşın yolunun kənarı ilə bir avtomobilin qəsdən üzərimə gəldiyini hiss etdim. "Yanılıram, hər halda mənə elə gəlir" deyə düşünməyə başladım. Ancaq maşın üzərimə doğru gəlirdi. Bu həyəcanla özümü səkiyə atdım. Sonra sürücü mənə əl elədi. Elə onda gördüm ki, maşını üzərimə sürən səmimi dostlarımdan biridir. Çox tıxac olduğundan və maşını saxlamağa imkanı olmadığından niyə belə etdiyini soruşa bilmədim. Təbii ki, sonra zəng edib soruşdum və zarafat etdiyini bildim. Başa düşmədim, məni ökdürmək istəyirdi, yoxsa zarafat edirdi, ya da öldürmək istədi, alınmayınca şikayət etməyim deyə zarafat etdiyini dedi. Sonra Türkiyədə belə bir adətin olduğunu öyrəndim. Ümüd edirəm ki, zarafatlaşırdı. Artıq yolda gəzərkən maşın sürən dostumla qarşılaşmaqdan qorxuram".


Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
BOKT İsmayıllıda filialını açır
Whatsapp biznesin üstünlükləri nələrdir?
Layihə menecmenti nədir?
CV hazırlayarkən buraxılan 5 səhv
Elon Musk kimdir?
Kriptovalyuta nədir və necə alınır?