Türkiyədəki inflyasiyanın Azərbaycanın maliyyə sisteminə mənfi təsirləri olacaq? - Samir Şərifov AÇIQLADI

Türkiyədəki inflyasiyanın Azərbaycanın maliyyə sisteminə mənfi təsirləri olacaq? - Samir Şərifov AÇIQLADITürkiyədəki inflyasiyanın Azərbaycanın maliyyə sisteminə xüsusi mənfi təsiri gözlənilmir.
KONKRET.azxəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.
"Maliyyə sistemimiz yetərincə tarazlı vəziyyətdədir, bank sistemimiz etibarlıdır. Ölkənin kifayət qədər böyük ehtiyatları var və borc səviyyəsi çox aşağıdır. Bu səbəbdən hər hansı xüsusi mənfi təsir gözləmirik", – deyə o əlavə edib.
Bundan başqa, Azərbaycanın dövlət büdcəsində neft qiymətlərinin yenidən gözdən keçirilməsi ehtimalı ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, Azərbaycanın dövlət büdcəsində neftin bir bareli üçün qoyulmuş orta ixrac qiyməti tamamilə məqbul səviyyədədir.
Nazir xatırladıb ki, yerdə qalan müddət üçün dövlət büdcəsində neft qiymətləri 50 dollardan 60 dollara qaldırılıb.
"Büdcədə neftin orta qiymətini bundan sonra da qaldıracağımızı düşünmürəm, belə ki, qoyulan qiymət yetərincə yüksəkdir. Zənnimizcə, bu tamamilə məqbul səviyyədir", – deyə Samir Şərifov vurğulayıb.
Qeyd edək ki, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanuna əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 33,89 milyard manat, xərcləri 36,62 milyard manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33,12 milyard manat, yerli gəlirləri 764,7 milyon manat, mərkəzləşdirilmiş xərcləri 35,85 milyard manat, yerli xərcləri 777 milyon manat) təşkil edir.
Xatırladaq ki, may ayında Türkiyədə inflyasiya 39,59 faiz olub. İnflyasiyanın qarşısını almaq üçün ölkənin Mərkəzi Bankı əsas faiz dərəcəsini illik 8,5 faizdən 15 faizədək qaldırmaq barədə qərar qəbul edib. Bu qərar elan olunduqdan sonra türk lirəsi tarixdə ilk dəfə olaraq bir ABŞ dollarına görə 24 lirə həddini keçərək zəifləməyə davam etdi. Türkiyənin Mərkəzi Bankı inflyasiya üzrə proqnozları əhəmiyyətli dərəcədə yaxşılaşdırana qədər bu siyasəti aparmaq niyyətindədir.

Xəbərlər     Tarix: 27 iyun 2023

Oxşar xəbərlər

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə


iqtisadi xeberler internetden pul qazanmaq bitkoin almaq biznes krediti investisiya