"Türklərin burada olmağı təsadüfi deyil" - Türkiyəli turistlərlə ermənilər arasında İNSİDENT - VİDEOLAR

Türkiyə bayrağı yenə erməniləri qorxuya salıb.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, Ermənistanın Vedi şəhərinin sakinləri qorxu içində türk nömrələri və türk bayrağı olan avtomobilin görüntülərini şəbəkədə paylaşıblar.
Avqustun 31-də saat 23:00-da Ararat polis şöbəsinə Vedi şəhərində avtomobildə iki "şübhəli əcnəbi" vətəndaşın göründüyü barədə siqnal daxil olub. Avtomobildəki  əcnəbilər evli cütlük olan Türkiyə vətəndaşlarıdır. Turistlər yollarını azaraq Vediyə gəldiklərini iddia etsələr də, yerli sakinlər onlara inanmır.
Ermənilər türk çütlüyün təsadüfən Vediyə düşdüyünə inanmır və onların agent ola biləcəyini də istisna etmirlər.
"Onlar pasportlarını göstərdilər, dedilər ki, bütün dünyanı gəzirlər, Ermənistanı gəzməyə gəliblər, guya azıblar və Vediyə gəliblər. Amma bu təsadüf ola bilməz, ola bilsin ki, onlar agent şəbəkəsinin nümayəndələridir. Deyirlər ki, İrəvanda türklər çoxdur, niyə orada döyülmürlər, amma Vedidə döyülürlər?". – deyə Vedi sakinlərindən biri bildirib.
Onun sözlərinə görə, polis türkiyəli cütlüyü dindirib və onlar Vedini tərk ediblər.
Lakin bu gün aldığımız məlumata görə, Ermənistan polisindən verilən məlumata görə, polisin əməliyyat qrupu "hadisə" yerinə gedib, onları şöbəyə aparıb, sənədlər ibtidai istintaq orqanına təhvil verilib.
Ermənistanın İstintaq Komitəsi bu gün təsdiqləyib ki, xarici vətəndaşlar, milliyyətcə türklər haqqında materiallar hazırlanır.
Qeyd edək ki, ötən gün internetdə Vedidəki baş verən hadisə ilə bağlı video yayılıb.
Həmçinin Ermənistan telekanalları bu avtomobilin sərnişinlərinin özlərini guya "ədəbsiz apardıqlarını, yerli ermənilərlə dava saldıqlarını" bildiriblər.
Erməni mediası bunun Türkiyə xüsusi xidmət orqanlarının guya "sərhəddə gərginlik yaratmaq məqsədi ilə məqsədyönlü təxribat olduğunu" ehtimal edir.
Xuraman Etibarlı,
KONKRET.az


Xəbərlər     Tarix: 01 sentyabr 2022

Oxşar xəbərlər

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml


iqtisadi xeberler rubl mezenne kripto bitkoin qiymeti dollar manat kursu