Ukrayna əlavə olaraq 30 ədədə qədər HIMARS ala bilər
Ukrayna ABŞ və digər Qərb ölkələrindən daha bir neçə HIMARS raket kompleksi ala bilər.
Bu barədə Kiyevdə səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin rəhbəri Adam Smit bildirib.
Onun sözlərinə görə, Vaşinqton bacardığı qədər HIMARS verməyə hazırdır.
"Düşünürəm ki, indi məqsəd 25-30 reaktiv yaylım atəşi sistemlərinin sayına çatmaqdır. Bu, HIMARS və Böyük Britaniya və digər ölkələrdən bir neçə MLRS sistemlərinin birləşməsindən ibarət olacaq", – Smit deyib.
O, qurğunun sayının 50 və ya 60-a çatmasının çətin olacağını, lakin 25 və ya 30-un real rəqəm olduğunu vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Prezident Volodimir Zelenski ABŞ Konqresinin Nümayəndələr Palatasının nümayəndə heyətinin Ukraynaya səfər etdiyini açıqlayıb.
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir