Ukrayna yaxın günlərdə qlobal bazara taxıl ixracını reallaşdırmağa hazırlaşır
Ukrayna bu həftə qlobal bazara taxıl ixracını reallaşdırmağa hazırlaşır.
Bu barədə Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov mətbuat konfransında deyib.
"Yaxın bir neçə gün ərzində İstanbulda koordinasiya mərkəzinin yaradılmasını gözləyirik. Daşımalara bu həftədən başlamaq üçün hər şeyi hazırlayırıq", – ukraynalı nazir bildirib.
Onun sözlərinə görə, ixracın bərpasına əsas maneə Rusiyanın raket zərbələridir.
Kubrakov müqavilənin qarantı olan Türkiyə və BMT-ni Ukrayna karvanlarının təhlükəsizliyinə zəmanət verməyə çağırıb.
"Tərəflər təhlükəsizliyə zəmanət verməsələr, bu, işləməyəcək", – nazir xəbərdarlıq edib.
Kubrakov vurğulayıb ki, ixrac prosesinə maneə yaradan Rusiyanın hücumundan qorunmaq üçün Ukrayna qüvvələri tərəfindən yerləşdirilən dəniz minalarıdır. Nazir bununla bağlı bildirib ki, minatəmizləmə ixrac üçün zəruri olan dəhlizdə aparılacaq. O əlavə edib ki, karvanları Ukrayna gəmiləri müşayiət edəcək və onlar təkcə taxıl deyil, həm də gübrə daşıya biləcəklər.
İnfrastruktur nazirinin müavini Yuri Vaskov isə bildirib ki, ixrac üçün ilk olaraq Çernomorsk limanı (cənub-qərb), ardınca Odessa (cənub), daha sonra Pivdenni (cənub – qərb) limanı fəaliyyət göstərəcək.
"Yaxın iki həftə ərzində biz Ukraynanın bütün limanlarından taxıl ixrac etməyə texniki cəhətdən hazır olacağıq", – o diqqətə çatdırıb.
Xatırladaq ki, fevralın 24-də Rusiyanın Ukraynaya hücumundan bəri 25 milyon tona qədər Ukrayna taxılı Rusiyanın limanları blokadaya alması ilə qlobal bazara çıxa bilməyib. Bu taxıl qlobal ərzaq təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes planı necə yazmaq lazımdır?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Ən çox soruşulan müsahibə sualları hansılardır?
SWIFT nədir?