Ukraynaya Müstəqillik Günü HƏDİYYƏSİ - Bayden 3 milyard dollarlıq yardım paketini AÇIQLADI
ABŞ Prezidenti Bayden Müstəqillik Günündə Ukraynaya təxminən 3 milyard dollarlıq rekord hərbi yardım paketini açıqlayıb.
KONKRET.az xəbər verir ki, müvafiq sənəd Ağ Evin saytında dərc olunub.
"Altı aylıq davamlı hücumlar ukraynalıların özlərində, ölkələrində və müstəqilliklərinin otuz bir ilində qürurunu daha da gücləndirdi. Ukrayna xalqını dəstəkləmək öhdəliyinin bir hissəsi olaraq, ən böyük yardımı elan etməkdən qürur duyuram", – məlumatda deyilir.
Qeyd olunur ki, rekord hərbi yardım paketinə hava hücumundan müdafiə sistemləri, artilleriya sistemləri və döyüş sursatları, pilotsuz uçuş sistemləri və radarlar daxildir. Nə qədər və nə vaxt gələcəyi hələ açıqlanmayıb.
ABC News-un verdiyi məlumata görə, əvvəlki paketlərin əksəriyyətindən fərqli olaraq, yeni maliyyələşdirmə əsasən Ukraynaya orta və uzunmüddətli müdafiə mövqeyini təmin etməyə kömək etmək məqsədi daşıyır.
O cümlədən, Ukrayna Silahlı Qüvvələrinə düşməni ilk olaraq aradan qaldırmağa və onları gecə-gündüz dəqiq zərbələrlə məhv etməyə kömək edəcək "Puma" və "ScanEagle" döyüş pilotsuz təyyarələri daxil olacaq.
ABŞ-ın Ukraynaya 1 milyard dollarlıq yeni hərbi yardım paketi hazırlaması barədə daha əvvəl məlumat vermişdik. Xüsusilə, HIMARS və 1000 Javelins və yüzlərlə AT4 tank əleyhinə sistemlər üçün əlavə sursatla Ukraynanı təmin edir.
Xuraman Etibarlı,
KONKRET.az

AZCON Holdinq-də – YENİ TƏYİNAT
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Cash Back nədir?
Biznes plan necə yazılır?
Bitcoin nədir?
Yatırım olmadan necə biznes qurmaq olar?
Biznes planı necə yazmaq lazımdır?