VACİB AÇIQLAMA: "Laçın şəhəri son deyil, yeni xoş xəbərlər olacaq" - VİDEO
Bu gün Laçın şəhəri, Zabux və Sus kəndləri artıq Azərbaycan Ordusunun nəzarətinə keçib.
KONKRET.az xəbər verir ki, ekspertlər bunu Azərbaycanın növbəti tarixi qələbəsi kimi dəyərləndirirlər.
Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsinin böyük əhəmiyyəti var. Çünki orada mühüm strateji məntəqələr var. Lakin xoş xəbərlər bununla da bitməyəcək.
"Laçın şəhərinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi son deyil. Sentyabr-oktyabr aylarında da xoş xəbərlərin olacağı gözlənir".
Millət vəkili Arzu Nağıyev isə vurğulayıb ki, ordumuzun Laçın şəhərinə yerləşməsi, eləcə də Zabux və Sus kəndlərinin nəzarətimizə keçməsi diplomatik qələbədir.
Siyasi şərhçilər bildirirlər ki, Azərbaycan bundan sonra sərhədlərin delimitasiyası, sülh sazişinin hazırlanması və Zəngəzur dəhlizinin açılması kimi öhdəliklərin yerinə yetirilməsi üçün Ermənistana diplomatik təzyiqləri daha da gücləndirəcək.
Xəzər Xəbər
Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
Korporativ Həyat Sığortası - Daha çox sığorta olunan, daha az sığorta haqqı. Korporativ Həyat Sığortası, işəgötürənlər tərəfindən işçilərinə və onların ailələrinə təqdim edilən sığorta növüdür. Korporativ Həyat Sığortas
Azərbaycanda "İşçilərin Ezamiyyə Qaydaları" dəyişib
Maliyyə Nazirliyinin Kollegiyası 18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "İşçilərin Ezamiyyə Qaydaları"nda dəyişiklik edib. Bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb. Qərara əsasən, bunda
Minimum əməkhaqqı ilə bağlı - YENİLİK GÖZLƏNİLİR
Ötən il Əmək Məcəlləsinə minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılmasına dair yeni müddəa əlavə olunub. Bu isə minimum əməkhaqqının 2027-ci il üçün artacağı ehtimalını yaradır. xəbər verir ki, Milli Məclisi
Bu şəxslər işdən çıxarıla bilməyəcək -Yeni təminatlar
Dövlət Qulluğu Məcəlləsinin layihəsində ştatların ixtisarı zamanı bir sıra sosial həssas kateqoriyalara əlavə təminat nəzərdə tutulur. xəbər verir ki, layihəyə əsasən, dövlət qulluqçularının sayı və ya ştatları azaldıldıqd